Uzun illərdir xolestrolu yüksəkdir deyildiyi üçün məhtut sayda istifadə etdiyimiz yumurtanın qəbulu yenidən aktuallaşır.
Arıqlamaq
Yumurtanın tərkibi protein(zülal) ilə zəngin olduğu üçün insanda doyma hissini uzunmüddətli edir. Buna görə də insan gec acır. Beləliklə insan arıqlayır.
Süd vəzi xərçəngi
Yumurtadanın tərkibində olan kolin adlı maddə təkcə beyinin inkşafına kömək etmir. Eyni zamanda süd vəzi xərçənginin yaranmasının qarşısını da alır. Nurse,s Health Study adlı araşdırmaya görə yeniyetməlik dövründə nizamlı şəkildə yumurtadan istifadə etmək daha böyük yaşlarda süd vəzi xərçənginin yaranmasının qarşısını alır.
Gözlər
Yumurtanın tərkibi protein və lutein ilə zəngindur.Yumurtada olan bu maddələrin gözdə mirvari suyu xəstəliyinin yaranmasının qarşısını aldığı alimlər tərəfindən sübut olunub.
Ürək-damar sistemindəki narahatlıqlar
Gün ərzində bir yumurta yeyərək kardioloqa müraciət etməyinizi gecikdirə bilər.Aparılan araşdırmalar nəticəsində məlum olub ki, nizamlı şəkildə yumurtadan istifadə infakt və ürəkgetmələrin yaranmasına mane olur. Əvvəldə də qeyd etdiyimiz kimi yumurtanın insanda xolestrol yaratdığı bildirilməyinə baxmayaraq bütün elmi araşdırmalar bunun əksini sübut edib.
Sağalm saçlar, dəri və dırnaq
Yumurta kükürdlə zə ngin olan B vitaminin qaraciyər tərəfindən sorulmasını təmin edir. Bundan başqa kükürd, saç, dəri və dırnaqların gözəlliyi üçün kallogen , keratin kimi maddələrin ifrazına da kömək edir.
Əzələ inkşafı
6 qram proteində(zülal) bədənin əzələ quruluşu üçün lazım olan bütün amin turşuları mövcuddur. Buna görə əzələlərin inkşafı üçün yumurta əvəzsiz qidalardan biridir.
Beyin funksiyaları
Beyinin əsas qidası adlandırılan B vitamini yumurtanın tərkibində olan vitaminlərdən biridir. Xüsusilə də hamilələr üçün məsləhət görülür. Belə ki, yumurtanın körpələrin ana bətnindəikən beynin inkşafına çox yaxşı təsir etdiyi bildirilir.