Yunanıstanın baş naziri Çipras çətin seçim qarşısındadır.
“Qafqazinfo” xəbər verir ki, “The Times”ın yazdığına görə, həyat yoldaşı Peristera Baziana baş nazir Aleksis Çiprası Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı ilə saziş imzalayacağı təqdirdə ayrılmaqla təhdid edib.
Gənc yaşlarında Kommunist Partiyası sıralarına qoşulmuş Baziananın Çiprasdan daha qatı solçu olduğu deyilir.
28 illik bir yerdə olan və rəsmi nikahları olmayan cütlüyün 1987-də tanış olduqları, iki övladları olduğu qeyd edilir.
“Qafqazinfo”