Türkiyə mətbuatı iyunun 17-də dünyasını dəyişən keçmiş prezident Süleyman Dəmirəlin Rəcəb Tayyib Ərdoğanla son söhbətinə dair maraqlı məlumat üzə çıxarıb. Məlumata görə, Dəmirəl bu ilin yanvarında onu evində ziyarət edən Ərdoğana «xalqla işiniz olmasın, yoxsa məğlub olarsız» sözlərini deyib: «Türkiyənin gənc prezidentisiniz, işiniz çətindir. Xalqın işi bir an belə, bitməz. Allah sizə və Türk xalqına yardım etsin. Prezidentlik olduqca önəmli bir kürsüdür. Amma bir şeyi səhv edirsiniz. Xalqla dava edirsiz. Əgər xalqla dava etsəniz, bu davanı xalq qazanar. Xalqla işiniz olmasın, yoxsa məğlub olarsınız. Xalqla, siyasətlə küskünlük olmamalıdır. Bunu tövsiyə kimi deyirəm». Bütün bunlara Ərdoğanın cavabı isə belə olmuşdu: «Baş nazirlikdən sonra indi də prezident kimi, xalqa xidməti davam etdiririk».
.azadliq.
Gültəkin