Bakıda nazirin qohumu adam öldürdü yeni təfərrüatlar - özəl

18-06-2015, 23:53   

Maliyyə naziri Samir Şərifovun qohumunun törətdiyi qəza barədə məlumat vermişdik.

Xatırladaq ki, qəza nəticəsində "Mersi Bakı" restoranının sahibi Ruslan Zeynalovun oğlu Maqsud Zeynalov dünyasını dəyişib. İyunun 5-də Mərdəkan şossesində baş verən bu hadisə barədə yayılan məlumatlarda bildirilirdi ki, 17 yaşlı Maqsud Zeynalov "Hyundai" markalı maşının sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.

Lakin İstiqlal.az-ın araşdırması nəticəsində bəlli olmuşdu ki, Ruslan Zeynalov sükan arxasında olmayıb. Maşını idarə edən başqa şəxs olub. Həmin şəxs keçmiş təhsil naziri Lidiya Rəsulovanın nəvəsi, eyni zamanda maliyyə naziri Samir Şərifovun yaxın qohumudur. Samir Şərifov hadisənin ört-basdır edilməsinə çalışır. Oxucularımıza qəzanın bəzi təfərrüatlarını da açıqlayacağımızı vəd etmişdik. Vədimizə əməl edərək bu olayla bağlı əldə etdiyimiz təfərrüatları diqqətə çatdırırıq.

Beləliklə, qəzanı törədən şəxs Oqtay Rəhimovdur. O Lidiya Rəsulovanın nəvəsi olmaqla yanaşı Samir Şərifovun bacısı oğlunun qaynıdır.

Məlumatlarda bildirilir ki, Maqsud Zeynalovla Oqtay Rəhimov dost olublar. İddialara görə Oqtay Rəhimov avtomobili yüksək sürətlə idarə edib. Bəzi məlumatlarda onun sərxoş olduğu bildirilir. Hadisə baş verəndən sonra Samir Şərifov dərhal işə qarışıb və Oqtay Rəhimovun həbs edilməsinə mane olub. Hazırda maliyyə nazirinin istintaqa təsir etdiyi barədə məlumatlar var.

istiqlal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar