Ziya Məmmədovun qardaşı oğlu istintaqa çağırıldı

19-06-2015, 07:09   
Ziya Məmmədovun qardaşı oğlu istintaqa çağırıldı

«Atletlər kəndi»ndəki qəza ilə bağlı ilginc məlumatlar


Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğlu, “Transqeyt” MMC-nin rəhbəri Rövşən Məmmədov “Atletlər kəndi”ndəki qəza ilə bağlı istintaqa çağırılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Rövşən Məmmədovla yanaşı Nəqliyyat Nazirliyinin bir neçə işçisi də qəza ilə bağlı dindirilib.
Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl - iyunun 11-də “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.
Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, avtobus “Bakubus”a məxsus olsa, “Transqeyt” şirkətinin də məsələyə aidiyyəti var. Bildirilir ki, məhz Ziya Məmmədovun qardaşı oğlunun rəhbərlik etdiyi şirkət bu avtobusları Azərbaycana gətirib. Qeyd edək ki, qəzadan bir gün sonra sürücünün oğlu açıqlama vermişdi ki, hadisə avtobusda texniki nasazlıqdan baş verib. Görünür onun dedikləri əsassız deyilmiş və mümkündür ki, Rövşən Məmmədov da buna istintaqa çağırılıb.
Bundan başqa məlumatda deyilir ki, Ziya Məmmədov olaydan çox qəbəlidir. Hələ ötən sayımızda yazmışdıq ki, nəqliyyat naziri hadisəyə görə 10-a yaxın işçisini cəzalandırıb. Onlardan bəziləri işdən çıxarılıb, bəziləri isə şiddətli töhmət alıb. Yeni məlumatlarda deyilir ki, Ziya Məmmədovdan işdən çıxarılanların yenidən vəzifələrinə bərpa edilməsi xahiş olunsa da, o təxminən bu şəkildə reaksiya verib: “Mənə deyilən söhlər sizə deyilsəydi, daha sərt addım atardız”.
Məlumatlarda deyilir ki, bu məsələyə görə Ziya Məmmədovun karyerası təhlükə altına düşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.