Məleykə Abbaszadənin əməkdaşları rayon təhsil şöbələrindən pul yığır?

19-06-2015, 07:59   
Məleykə Abbaszadənin əməkdaşları rayon təhsil şöbələrindən pul yığır?
Məleykə Abbaszadənin əməkdaşları rayon təhsil şöbələrindən pul yığır?


Bu iddia ilə Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev çıxış edib.


O məktəb direktorlarına bildirib ki, rayonda imtahan keçirən TQDK əməkdaşlarına rüşvət verməlidir və buna görə də məktəb direktorları buraxılış imtahanı verən şagirdlərdən şəhadətnamə üçün 50 manat, atestat üçün isə 100 manat toplamalıdırlar.

Bir neçə gün əvvəl Ağdam məktəblərində keçirilən buraxılış imtahanı zamanı növbəti qalmaqal yaşanıb. Belə ki, Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev direktorlara tapşırıq verib ki, buraxılış imtahanı verən bütün uşaqlardan pul toplanılsın. Şöbə müdiri əvəzi şahadətnamə üçün 50 manat, atestat üçün isə 100 manat toplanılmasın istəyib. O toplanan pulları rayonda imtahan keçirən TQDK əməkdaşlarına verəcəyini bildirib.

Bu barədə AzMedia.info-nu məlumatlandıran Rahil Allahverdiyevin bu iddiasından və şagirdlərdən pul toplamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmmədovun nə qədər məlumatlı olması barədə heç bir şey söyləməyib. Amma Rahil Allahverdiyevin Raqub Məmmədovun sinif yoldaşı və qohumu olması barədə dövrü mətbuatda məlumatlar dərc olunur.

Qeyd edək ki, qısa müddət öncə Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəb direktorları prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova şikayət xarakterli müraciət ediblər. Həmin müraciətdə direktorlar bildirirdi ki, icra başçısının adından Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev onlardan pul tələb edir.

Həmin müraciətlə aşağıdakı linkdən tanış ola bilərsiniz: Ağdam təhsilində qalmaqal; Raqub Məmmədovdan prezidentə – ŞİKAYƏT

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.