Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Birinci Avropa Oyunlarını bu dəfə əkizləri ilə izləyib.
“Qafqazinfo”nun məlumatına görə, dünən taekvando üzrə keçirilən yarışlara Leyla Əliyeva oğlanları Əli və Mikayılla birlikdə azarkeşlik edib.
Qeyd edək ki, dünən taekvando üzrə iki idmançımız medal qazanıb. Beiqi Herçeqani qızıl, Fəridə Əzizova isə gümüş medala sahib olub.
“Qafqazinfo”