Süleyman Dəmirəlin dörd il bundan əvvəl yazdırdığı vəsiyyəti açıqlanıb. Axar.az xəbər verir ki, vəsiyyatnaməsinin ölümündən sonra açılmasını istəyən mərhum prezident bütün varidatını bundan bir müddət öncə qurulan Dəmirəl Vəqfinə bağışlayıb. Həmçinin Ankarada Çanqaya Güniz küçəsində yerləşən evinin muzey edilməsini və buranın siyasi bir akademiya kimi fəaliyyət göstərməsini vəsiyyət edib. Qeyd edək ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 17-də, yerli vaxtla 02:00-da 91 yaşında vəfat edib.