ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara münasibət bildirib.
Ölkə.az ABŞ mediasına istinadən xəbər verir ki, departament rəsmisi sanksiyaların effektiv olacağına Vaşinqtonnun əminliyini ifadə edib.
O, qeyd edib ki, sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədərək ölkədəki sosial problemləri artıracaq. Biz dünən avropalı dostlarımızla bu məsələni müzakirə etdik. Rusiyanın beynəlxalq hüquq normalarını pozmasının cavabı olaraq ona qarşı bu sanksiyalar tətbiq edilib və əminik ki, bu Rusiya iqtisadiyyatını daha da dərin böhrana sürükləyərək Moskvanı tutduğu aqressiv siyasətdən əl çəkməyə məcbur edəcək.
Xatırladırıq ki, Rusiyaya qarşı sanksiyalar Ukrayna hadisələrindən, Krımın işğalından və Donbas müharibəsindən sonra ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilmişdi.
Ölkə.az