Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni hökumətin qurulacağı tarixi açıqlayıb. Publika.az-ın məlumatıan görə, Ərdoğan bu məsələyə Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi başa çatandan sonra baxılacağını bildirib. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) iyunun 23-də yeni tərkiblə ilk iclasını keçirəcək. Türkiyə qanunlarına görə, parlamentin ilk iclası Cümhuriyyət Xalq Partiyasından olan ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə baş tutacaq. Parlamentin birinci iclasında Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər irəli sürüləcək. TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də keçiriləcək.