Pərviz Vəliyev Bakı BPİ-dən niyə qovulub?

21-06-2015, 16:21   
Pərviz Vəliyev Bakı BPİ-dən niyə qovulub?

Bir qrup Biləcəri sakini, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Pərviz Vəliyevdən şikayət edərək bildirirdilər ki, dəfələrlə Pərviz onlara xəbərdarlıq göndərib ki, onların övladları həbs olunacaq. Bir sözlə, şikayətçilərin sözünə görə, Biləcəridə Pərviz Vəliyev hər yeniyetməyə “potensial dustaq” kimi baxır. Hətta Pərviz Vəliyev məhəllə uşaqlarını məxfi əməkdaşlığa məcbur etməyə cəhd edib.

Biləcəri sakinləri Pərviz Vəliyevin əməllərindən bir neçə dəfə şikayət etsələr də, ərazi sahə inspektoru onlara izah edib ki, vaxtınızı boş yerə itirməyin. Çünki Pərviz Vəliyevin qardaşı Sərvər Vəliyev Prezident Aparatında ( PA ) vəzifə sahibidir.

Yazılarda o da qeyd olunurdu ki, Vəliyevlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin ( ABU ) keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevlə çox sıx münasibətdə olublar. Qardaşlardan biri Pərviz Vəliyev əvvəlcə ABU-da təhsil alıb və sonradan Bakı Dövlət Universitetinə köçürülüb. Digər qardaş Sərvər Vəliyev isə ilk əmək fəaliyyətinə Ədliyyə Nazirliyindən başlayıb və sonradan Prezident Aparatına “transfer” olunub. Elşad Abdullayevin “yetirməsi” olan Pərviz Vəliyev isə DİN-in İşlər idarəsində xidmətə başlayaraq sonradan Narkotiklərlə mübarizə sahəsinə təyinat alıb.

Redaksiyamıza daxil olan məlumata görə, bizm yazılardan sonra onun xidməti fəaliyyəti yoxlanılıb, o tutduğu vəzifəsindən azad olunaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə sahə müvəkkili vəzifəsinə göndərilib.

Dünən Qafqaz Xəbər Agentliyinə Pərviz Vəliyevlə bağlı yeni məlumat daxil olub.

Məlumatdan bəlli olur ki, Pərviz Vəliyev bir müddət əvvəl adı bizə məlum olan ( müəyyən səbəbdən demirik ) bir nəfər şəxsin oğlunu qanunsuz öz otağına gətirdərək üstünə baxış keçirib, oğlanı soyundurub və sonra da bir neçə saat qanunsuz saxlayıb. Onun bu cür qanunsuz əməllərindən həmin oğlanın atası bu günlərdə DİN-in rəhbəliyinə şikayət edib. Baxmayaraq ki, Pərviz Vəliyev artıq Bakı BPİ-dən qovulub. Yəni yuxarıda qeyd eydiyimiz kimi o Bakı BPİ-də tutduğu vəzifəsindən azad olunaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə sahə müvəkkili vəzifəsinə göndərilib.

Ancaq sonrakı araşdırmamız zamanı bəlli oldu ki,

Pərviz Vəliyev 21- ci polis böməsinə yox, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə şöbəsinə təyinat alıb. Ancaq Pərviz Vəliyev Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə söbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyinat alsa da, Nəsimi RPİ-nin rəisi tərəfindən idarəyə işə buraxılmır, ona idarədən başa salıblar ki, sən gedib 21-ci polis bölməsində oturmalısan.

Aldığımız diğər məlumata görə P.Vəliyev Nəsimi RPİ-nin rəisi tərəfindən ona qarşı olan bu cür haqsızlıqdan hətta PA-da işləyən qardaşı Sərvər Vəliyevə də şikayət edib. Qardaş isə öz növbəsində P.Vəliyevə söz verib ki, onunla bağlı Nəsimi RPİ-nin rəhbəliyindən xahiş edəcək. Əldə etdiyimiz məlumata görə xahiş nəticəsiz qalıb. Səbəb isə, yuxarıda qeyd etdiyimiz kimi Pərviz Vəliyev Bakı BPİ-də xidmət edən vaxt onun qanunsuz hərəkətlərinə hədəf olmuş şəxsin atası tərəfindən DİN-in rəhbərliyinə olan şikayətdir. Nəsimi RPİ-nin rəisi bildirib ki, şikayət tam başa çatmayanadək Pərviz Vəliyevi idarədə görmək istəmirəm, qoy gedib 21-ci polis bölməsində otursun.

Növbəti yazımız narkotik satışı ilə tutulan Hikmət Kərimovun Pərviz Vəliyevlə bağlılığı barədə olacaq. Yazıda Hikmət Kərimov həbs olunan kimi hər iki şəxsin arasındakı “rəsmi əməkdaşlıq sazişi”nin köhnə tarixə ləğv olumasına aydınlıq gətirəcəyik. Bizi izləyin./yenilik.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.