Azərbaycan Prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sosial şəbəkədəki rəsmi səhifəsindən son paylaşımları ilə diqqət çəkib. Axar.az xəbər verir ki, prezident ailəsinin Bakı-2015 birinci Avropa Oyunlarındakı yarışlarda iştirakını əks etdirən maraqlı fotolarla Leyla Əliyeva növbəti dəfə Oyunların ölkəmiz və Avropa üçün önəmini vurğulayıb və təbliğat işində aktiv fəaliyyətini davam etdirib. Leyla xanımın paylaşımlarından bəzilərini təqdim edirik.