Çimərliyin düz yarısı prezidentin şəxsi mühafizəçisi Bəylər Əyyubov tərəfindən tutulub.

29-06-2015, 10:27   
Çimərliyin düz yarısı prezidentin şəxsi mühafizəçisi Bəylər Əyyubov tərəfindən tutulub.
Milli Şura sədri, professor Cəmil Həsənli Facebook səhifəsində hakimiyyətin qanunsuz əməlləri nəticəsində əhalinin üzləşdiyi problemlərdən yazıb. Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:

"İlham Əliyev gəldikdən sonra bunu 20 metrə endirdi və nəticədə dəniz sahilləri qarış-qarış vəzifəli şəxslər tərəfindən zəbt edildi. Gərək "Dostluq” parkına getmişkən cənab Əliyev vaxtı ilə Bakı əhalisinin dadına çatan Şıx çimərliyinə də baş çəkirdi. Çimərliyin düz yarısı prezidentin şəxsi mühafizəçisi Bəylər Əyyubov tərəfindən tutulub. Qalan yarısı da digər vəzifəli şəxslər və bəzi deputatlar tərəfindən ələ keçirilib.

Sahil qəsəbəsinə doğru bir az aşağı ərazilər 15-20 km məsafədə Hacı İbrahim Nehrəmli tərəfindən hasarlanıb. Nəinki şəhərin aztəminatlı əhalisi, heç sahil boyunca yaşayan insanların dənizdən istifadə etmələri üçün beşcə metr yer qoyulmayıb.

Sahil boyu metrə-metrə bölünmüş Şıx çimərliyində dənizdən yararlanmağın minumum qiyməti adam başına 5 manatdır. Təsəvvür edin 3-5 nəfərlik bir ailənin dəniz həvəsi 15-25 manata başa gəlir. Halbuki şəhər hakimiyyəti Bakıya yaxın olan Şıx çimərliyi ərazisini ayrı-ayrı vəzifəli şəxslərə satmaq və peşkəş etmək əvəzinə burada xalqın yararlana biləcəyi ictimai çimərlik təşkil etməli idi ki, əhali minimum qiymətlərə ondan istifadə edə bilsin.

Axı konstitusiyada aydın şəkildə yazılır ki, bu ölkənin yeraltı və yerüstü sərvətləri xalqa məxsusdur. Eybi yox qoy bütün bunlar sizin olsun, amma heç olmasa bu millətə əsəblərini sərinləşdirmək üçün beş metr sahil xətti ayırmaq lazımdır ki, yeritdiyiniz soyğunçuluq siyasətinin ağrı-acısını orada çıxara bilsin”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.