Rayon maşınları qadağası: bəs iyulun 1-dən sonra?

29-06-2015, 13:18   
Rayon maşınları qadağası: bəs iyulun 1-dən sonra?
İyul ayının 1-dən sonra da rayon qeydiyyatında olan maşınların Bakıya buraxılmayacağı, o cümlədən marketlərə ərzaq daşıyan yük maşınlarının yenə də gecə saatlarında hərəkət edəcəyi barədə məlumat yayılıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün BDYPİ ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb.

K.Əliyev bildirib ki, geniş ictimaiyyət paytaxtda nəqliyyatın sıxılığını aradan qaldırmaq üçün rayon qeydiyyatında olan maşınların yenidən Bakıya buraxılmaması üçün polisə müraciət edir: “Əgər hökumət bununla bağlı hər hansı qərar qəbul edərsə, müvafiq orqanlar da onu icra edəcək. Amma hələ ki, rəsmi qərar yoxdur. Bununla belə qeyd edim ki, Avropa Oyunlarına görə tətbiq edilmiş bütün məhdudiyyətlər iyul ayının 1-dək qüvvədədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar