“Facebook” sosial şəbəkəsi istifadəçilərə öz avatarlarına LGBT rənglərini əlavə etmək imkanlarını təqdim edib.
İKT.lent.az-ın “softnex.ru” saytına istinadən verdiyi məlumata görə, sosial şəbəkəsi daha bir yeniliyə imza atıb.
Tərtibatçılar deyir ki, sosial şəbəkə istifadəçilərinin LGTB üzvlərinin bayrağının rəngləri olan göy qurşağının rənglərinə boyamaq imkanı bu günlərdə ABŞ-da eynicinsli nikahlara rəsmən icazə verilməsi ilə bağlıdır. Sosial şəbəkənin rəhbəri Mark Sukerberq bunu ölkədə insan hüquqları və azadlıq yolunda atılmış növbəti addım kimi qiymətləndirib.