Malayziyadan olan 21 yaşlı gimnast Fərəh Ənn Abdul Hadi öz vətənində qalmaqal mövzusu olub. İdmançı ötən həftə Sinqapurda keçirilən Cənub-Şərqi Asiya oyunlarında 13 medal - iki qızıl, iki gümüş və doqquz bürünc medal qazanıb. Bu, mükəmməl nəticədir. Yerli telekanallardan biri qızın yarış zamanı çəkilmiş fotolarını sosial şəbəkədə yerləşdirib.
Milli.Az Day.Az saytına istinadən bildirir ki, onlarla şərhçi qızı təhqir edərək geyindiyi leotardın islam dininə zidd olduğunu qeyd edib.
"Bizim səndən zəhləmiz gedir. Bizi dünyada biabır edirsən", - deyə şərhçilər yazıblar.
Ancaq ölkədə qızı təbrik edənlər də tapılıb. Malayziyanın idman naziri Hayri Camaluddin qızı təbrik edərək onu təhqir edənləri belə davranmamağa səsləyib.
Bəzi sosial şəbəkə istifadəçiləri isə #FARAHnatics heşteqi yaradaraq qıza dəstəklərini bildiriblər.