Medvedevin erməni milyarderlə gizli görüşü

1-07-2015, 09:31   
Medvedevin erməni milyarderlə gizli görüşü

Ötən gün Rusiya baş naziri Dmitriy Medvedev erməni biznesmen “Taşir qrupu”nun rəhbəri Samvel Karapetyanla görüşüb.

Bu barədə AzVision.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, görüş Rusiya baş nazirinin təşəbbüsü ilə başlayıb. Qeyri-rəsmi görüşdə `Ermənistan Elektrik Şəbəkələri` QSC-nin gələcək taleyi müzakirə edilib. Yeri gəlmişkən, ötən gün Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarlı Serj Sarkisyan arasında da telefon danışığı baş tutub. Məlumatda bildirilir ki, onlar Ermənistanda yaranan vəziyyəti də müzakirə ediblər.

Ermənistanda elektrik enerjisinin qiymətinin artımı ilə bağlı keçirilən etiraz aksiyaları Rusiyanın “İnter” şirkətinin 100%-lik törəmə şirkəti olan “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) satmasına məcbur edə bilər.

Qəzet yazır ki, Rusiya holdinqi “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan da daxil olmaqla, bir sıra biznesmenlərlə danışıqlar aparıb.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və alüminium qalxanlarla silahlanıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.