Ərdoğanı azərbaycanlı oliqarx dinləyib? - Şok

1-07-2015, 16:35   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə iş otağında tapılan dinləmə qurğusunda əslən azərbaycanlı olan iş adamı Rza Zərrabın adı hallanır. Axar.az xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yerləşdirilən dinləmə qurğuları Rza Zərrabın şəriki Əli Polad adlı şəxsdən alınıb. Məlum olub ki, Danimarkadan alınan dinləmə qurğuları ATH Müdafiə və Təhlükəsizlik firması vasitəsilə Xəzər Arıtım A.Ş şirkətinə satılıb. Bu firmanın da səhmlərinin Əli Polada məxsus olduğu ortaya çıxıb. Polad eyni zamanda Rza Zərrabın payçı olduğu Homa Yapı A.Ş şirkətində də səhmlərin bir hissəsinin sahibidir. Rza Zərrab və Əli Poladın ortaq olduğu Homa Yapı A. Ş-də diqqət çəkən detallar var. 2004-cü ildə 57 min 500 türk lirəsi ilə qurulan şirkətin ömrünün yalnız iki il davam etməsi qaranlıq məqamlardandır. Bu firmanın ilk səs yazması isə 2003-cü ilə təsadüf edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar