Bakıdakı məktəbdə qalmaqalla bağlı açıqlama: "Müəllimənin əri çox qəzəblidir"

1-07-2015, 16:48   

Günahlandırılan müəllimənin həyat yoldaşı çox qəzəblidir. O, Ziyafət Nəbiyevaya irəli sürülən ittihamla heç cür razılaşmır.
Bu sözləri Milli.Az-a açıqlamasında "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O, bu məsələdə məktəb direktorunun qanunsuzluğa yol verdiyini bildirib: "Birincisi, əgər hər hansı bir müəllim şagirdi əxlaqsızlığa cəlb edirsə, bu, hüquq-mühafizə orqanlarına müraciət üçün əsasdır. Ancaq məktəb tərəfindən belə bir müraciət olmayıb.

İkincisi, məktəb qapalı müəssisədir, valideyn ora kamera quraşdıra bilməz və sinif otaqlarına kamera quraşdırılıbsa, bu, hamı üçün məlum olmalıdır. Həmçinin, əgər müəllimə əxlaqsızdırsa, niyə başqa məktəbə göndərilir və digər şagirdlərin əxlaqı üçün təhlükə yaradır? Direktor "Təhsil haqqında" qanundan xəbərdardısa, niyə bu hadisə baş verdiyi halda lazımi orqanlara məlumat verməyib?

Əsas problem odur ki, məktəb direktorunun bu hərəkəti cəmiyyətdə müəllimlər haqqında mənfi rəy formalaşdırır. Deməli, şagirdin müəlliməsini öpməsi əxlaqsızlıqdır?! Bu, bilirsiniz, nəyə bənzəyir? Kişi həyat yoldaşını öldürür, sonra da cinayətinə haqq qazandırmaq üçün arvadına şər atır ki, əxlaqsızlıq edirdi".
Mehriban Zeynalova məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcəyəni deyib.

Sevinc Fədai
Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar