ABŞ-da eynicinsli nikahların qanuniləşdirilməsi fonunda Zimbabve prezidenti 91 yaşlı Robert Muqabe Barak Obama ilə nikah bağlamaq istəyini bəyan edib. Bu barədə The Zimbabwe Daily məlumat yayıb.
“Belə nəticəyə gəlmişəm ki, əgər prezident Obama eynicinsli nikahları təşviq edirsə və homoseksualları müdafiə edirsə, əgər buna ehtiyac olarsa, mən Vaşinqtona gedərəm və diz üstündə ona evlənmək təklif edərəm”, – Muqabe deyib.
Qeyd edək ki, 2010-cu ildə Muqabe bəyan etmişdi ki, geylər “itlər və donuzlardan pisdir” və konstitusiyada homoseksualların hüquqlarını təsbit etməkdən imtina etmişdi.
Yenilik.Az