Hindistanda tükürpədici hadisə baş verib. ANS PRESS-in məlumatına görə, məktəb müdiri qətlə yetirilib. Bunu edənlər isə şagirdlərin valideynləri olublar.
Hadisə Bihar əyalətində baş verib. Belə ki, məktəbdə təhsil alan iki şagird yoxa çıxıb. Bir neçə gün sonra isə 10 və 11 yaşında olan uşaqların göldə meyiti tapılıb.
Uşaqlar son dəfə sağ halda məktəbdə görüntüləniblər.
Uşaqların meyiti tapılandan sonra valideynlər və kənd sakinləri məktəbə sözün əsl mənasında hücum çəkiblər. Valideynlər uşaqların müəllim tərəfindən döyüldüyünü, sonra isə suya atıldığını iddia ediblər.
Direktorun və müəllimlərin sözləri belə onları əksinə inandıra bilməyib.
Valideynlər tutduqları məktəb müdiri Devendra Prasad Sinhayı (53 yaş) sürüməyə başlayıblar. Əsəbi kütlə onu döyə-döyə öldürüb.
Bundan sonra şagirdlər üzərində aparılan tibbi ekspertizanın nəticələri açıqlanıb. Ekspertiza uşaqların boğulduğunu müəyyən edib.
Xatırladaq ki, Hindistanda bu cür hadisələr müntəzəm olaraq baş verir. Bir neçə il öncə ictimai nəqliyyatda 23 yaşlı qız 4 nəfərin təcavüzünə məruz qalmışdı. Tələbə qızın köməyinə çatan olmayıb. Bu hadisədən sonra bütün dünyanaın diqqəti Hindistana yönəlmişdi. Küçələrə çıxan yüzlərlə insan təcavüzcülərin ən sərt şəkildə cəzalandırılmasını tələb edirdi.