Bakıda qardaşlar arasındakı qanlı hadisənin səbəbləri məlum oldu (TƏFƏRRÜAT)

2-07-2015, 12:23   
Bakıda qardaşlar arasındakı qanlı hadisənin səbəbləri məlum oldu (TƏFƏRRÜAT)
Ötən gün Bakının Sabunçu rayonunda iki qardaş arasında bıçaqlanma ilə nəticələnən davanın səbəbləri məlum olub.

ANS PRESS-in məlumatına görə, dünən gecə saatlarında Zabrat qəsəbəsində, Abbas Səhhət küçəsi 63, mənzil 8 ünvanında 1978-ci il təvəllüdlü Mahir Zöhrab oğlu Piriyev ilə qardaşı 1979-cu il təvəllüdlü Qafarla aralarında mübahisə baş verib. Nəticədə Mahir qardaşını qarnından bıçaqlayıb.

Q. Piriyev ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Mahir Piriyev hadisə yerindən qaçıb. Lakin sonradan polis onunla əlaqə yarada bilib və onu saxlayıblar.

Qeyd edək ki, qanlı hadisə qardaşların ata mülkündə, həyətdə baş verib. Mübahisəyə isə Qafarın qardaşına pul borcu olması səbəb olub.

İki qardaş elə borc üstündə uzun zamandır bir-birilərilə danışmırlarmış. Dünən gecə isə qardaşlar aralarındakı narazılığa son qoymaq qərarına gəliblər. Söhbət zamanı Mahir borcunu qaytarmayan qardaşını qanına qəltan edib.

Qardaşlardan biri, Qafar Piriyev evlidir və 2 övladı var. Onun qardaşı isə subaydır.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar