“Sərhədsiz Reportyorlar”beynəlxalq jurnalist təşkilatı Almaniyanın xarici kəşfiyyat xidməti BND-ni təşkilatın xarici partnyorları ilə apardığı elektron yazışmalarıizlədiyini bildirir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniya mediası yazır. Təşkilat elektron yazışmalarıizlədiyinə görə BND-ni məhkəməyə verib və axıra qədər getməyə hazırdır.
Təşkilatın Almaniya filialının icraçı direktoru KristianMihr bildirib ki, BND “Sərhədsiz Reportyorlar”ın 2013-cü ildə aldığı və göndərdiyi 280 mindən çox e.mailini ələ keçirib. Bu elektron məktubların çoxu xarici ölkələrə göndərilib. Çünki təşkilat dünyada söz və mətbuat azadlığının müdafiəsi ilə məşğuldur.
Kristian Mihr bildirib: “Bizim təşkilatın regional əməkdaşlıq prioritetlərinə Yaxın və Orta Şərq, keçmiş sovet məkanının praktiki olaraq bütün ölkələri, keçmiş SSRİ respublikaları, o cümlədən Suriya, Azərbaycan, Misir, Özbəkistan və s. kimi ölkələr daxildir. Bir çox KİV-lərin məlumatına görə BND-nin çoxsaylı əməliyyatları da məhz dünyanın bu ölkələrində həyata keçirilir”.
“Sərhədsiz Reportyorlar” bildirir ki, BND ona aid elektron məktubları köçürüb və geri qaytarıb. Təşkilat narahatdır ki, alman kəşfiyyatı onun xarici ölkələrlə yazışmalarınıizləyərkən jurnalistlərin informasiya mənbələrini də öyrənib. KristianMihr bildirir ki, BND-nin bu hərəkəti Almaniyanı Çin, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi özbaşına izləmə prosedurlarının tətbiq edildiyi avtoritar ölkələrlə bir sıraya qoyur. BND ilə”Sərhədsiz Reportyorlar” arasında məhkəmə çəkişməsi il yarıma yaxındır davam edir. Təşkilat bildirir ki, iddianı Federal konstitusiya məhkəməsinə qədər aparacaq.
Virtualaz.org