İŞİD 3000 qadın və uşağı edam etdi

3-07-2015, 10:02   


İŞİD terrorçu qruplaşması demək olar ki, hər gün daha da qorxunc cinayətlərə əl atır. ANS PRESS-in məlumatına görə, qruplaşma bununla yanaşı ələ keçirdikləri əraziləri genişləndirir.

İŞİD terrorçu qruplaşması cadugərlikdə ittiham etdikləri 74 uşağı edam edib. Uşaqlarla birlikdə onların anaları və qohumları da öldürülüblər. İŞİD terror qruplaşması cadugərlikdə ittiham etdikləri 3000 insanı edam edib. Bunların əksəriyyəti qadındır.

Bu haqda Suriya hüquq müdafiəçilərinin məruzəsinə istinadən "Ridus" bildirib. Xəbərə görə, guya qadınlar və uşaqlar Ramazan ayının ənənələrini pozaraq cadugərliyi yaymaqla məşğul idilər. Məhz buna görə, 3000 -ə yaxın uşaq və qadın edam olunub.

Bir müddət əvvəl İŞİD terror qruplaşması Palmira şəhərində 217 nəfəri edam edib. Öldürülənlərin 67-si dinc sakin, o cümlədən 14-ü uşaq və 12-i qadın olub. Qalan 150 nəfər isə Suriya ordusunda xidmət edən hərbçilər olub. Qeyd edək ki, İŞİD terrorçuları mayın 24-də Palmirada 400 dinc sakinə divan tutub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.