ABŞ-ın yeni nüvə sınağını uğurla keçirdiyi bildirilir.
Ölkə.az xəbər verir ki, yeni nüvə bombasının sınağı ölkənin Nevada ştatındakı Tonopa poliqonunda keçirilib.
F-15E qırıcı-bombardımançı təyyarəsindən atılan B61-12 nüvə bombası gözlənilən partlayış və dağıdıcı effekti verib.
Xatırladırıq ki, B61-12 nüvəı bombası 1960-cı ildə buraxılan B61 nüvə bombasının modifikasiya edilmiş formasıdır.
ABŞ bu bombaların istehsalına 2020-ci ildən sonra başlamaq niyyətindədir.
Ölkə.az