Ramiz Mehdiyevdən gələn təlimat

13-07-2015, 08:01   

Yaxud Rusiya təbliğatı aparanların Milli Şura problemi

Ramiz Mehdiyevdən gələn təlimat
Heç kimə sirr deyil ki, YAP hakimiyyəti Rusiyanın qarşısında təzim edib. Uzun illərdi hakimiyyətin xarici siyasəti həm də Rusiyanın maraqları üzərində qurulub. Hətta Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətini də Azərbaycan hakimiyyəti dəstəklədi və demokratik dünya ilə konfrantasiyaya getməkdən də çəkinmədi. Bugün də Rusiya Ermənistana hər formada yardım edir, bu ölkənin hərbi gücünü artırır və Qarabağ münaqişəsinin həllinə imkan vermir.
Azərbaycan hakimiyyəti isə Bakıda rus radiosunun yayımına start verir, Rusiyanı “böyük qardaş” kimi təqdim edir və Azərbaycan xalqının bütün faciələrini bu ölkəyə güzəştə gedir. Yəni hakimiyyət açıq şəkildə Rusiyanın 5-ci kolonu raolunu oynayır və bu ermənipərəst ölkənin qarşısında səcdə edir.
Amma hakimiyyət öz adını özgələrə qoymaqda peşəkar olduğu üçün, Milli Şuranı “Rusiya proyekti” kimi təqdim etməyə başladı. Özləri də başa düşürlər ki, iyrənc bir oyunun içindədilər. Ona görə bu iyrənc oyuna Milli Şuranı bulaşdırmaq qərarı verdilər. Amma proseslər göstərdi ki, Milli Şura Qərbə inteqrasiyanın, demokratik islahatların, insan haqlarına hörmət edilməsinin tərəfdarıdır. Yəni bu qurum bütün fəaliyyəti dövründə Rusiya siyasətinin əleyhinə olub, Putin hakimiyyətini kəskin tənqid edib və Rusiya seçiminin Azərbaycanı uçuruma apardığını ifadə edib.
Amma hakimiyyət və onun əlaltıları hələ də bu “arqument”dən sallanıb qalıblar. Çünki, Milli Şuranı yeganə alternativ kimi qəbul edirlər və bilirlər ki, Milli Şura hakimiyyətin xəyanətlərinə göz yummayacaq. Yəni hakimiyyətin Qarabağ məsələsindən sui-istifadə edib Azərbaycanı Rusiyanın qucağına atmasına milli qüvvələr səssiz qalmayacaq.
Indi eyni ssenarini “Yeni Müsavat” davam etdirir. Qəzet “Rusiya Bakıdakı Milli Şuranı da möhürləyir” başlıqlı yazı dərc edib. Yenə də Milli Şuranı Rusiyaya bağlamaq cəhdləri, çaşqınlıq yaratmaq ab-havası var. Amma şər-böhtan elə bir “dəyər”dir ki, dərhal ifşa olunur. Rauf Arifoğlunun bu “analiz”i də xeyli mətləbləri ortaya çıxardı. Bir az yaxın əyləşin, “Yeni Müsavat”ın hansı dairələrdən sifariş aldığını dəqiq göstərəcəyik.
Əvvəla qeyd edək ki, Putinin Azərbaycandakı bir nömrəli adamının mətbuat katibliyi rolunu oynayan qəzetin Milli Şuranı Rusiyaya bağlamaq cəhdi simasızlığın pik həddidi. Bəli, Rauf Arifoğlu qəzetində Ilham Rəhimova xüsusi yer ayırıb və bu adamın bütün fəaliyyətinin təbliğatçısı rolunu oynayıb. Yəni Rusiyanın adamının adamı rolunda məhz “Yeni Müsavat” çıxış edib.
Amma ifşa bununla da bitmir. “Yeni Müsavat”ın yuxarıda qeyd etdiyimiz məqaləsində yazılır: “Rusiya ilə rəsmi Bakı arasında iddia olunan başqa bir dərin anlaşmaya dair digər iddialar da var. Bu iddialara görə, Dağlıq Qarabağda və digər təmas xətlərində Azərbaycanın lokal hərbi əməliyyatlara başlayacağı halda Kreml buna ”göz yuma" bilər. Yenə də həmin iddiaya görə, burada məqsəd həm də küçələrdə meydan sulayan və Kremlin Irəvanda qurduğu oyuncaq hakimiyyəti inqilabla təhdid edən narazı ermənilərə, əslində fərqli yol aramağa başlayan bütün xalqa, o cümlədən də bu prosesi nəzarətinə almağa çalışan Qərb paytaxtlarına qulaqburması verməkdir".
Daha sonra qəzet “mötəbər mənbə”yə istinadən yazır: “Qərbin, həm də Rusiyaya yaxınlaşması səbəbindən sıxışdırdığı rəsmi Bakıya kritik seçkilərÿərəfəsiÿsiyasi dəstəkÿlazımdır. Aydındır ki, Azərbaycan ordusu hətta cəmi bir rayonu belə qəsbkar ermənilərdən təmizləsə, yaxın illərdə prezident Ilham Əliyevə heç bir inqilab, heç bir demokratiya dalğası təhlükəli ola bilməz. Bunun reallaşması üçün Kremlin, sadəcə, mümkün hərbiÿəməliyyatlara 2-3 gün loyalÿ qalması yetər və Rusiya buna gedəcək”.
Və sonda qəzet yazır: “Bütün gedişat onu göstərir ki, Azərbaycan prezidentinin masasının üstündə,ÿQarabağ məsələsinin həllində əsas variant kimi nəzərdə tutduğu müharibə ssenariləri var. Iddialara görə, prezident Ilham Əliyevi son addımı atmaqdan çəkindirən yeganəÿ faktor Rusiyadır. Indi bütün məlumatların spektral analizi onu göstərir ki, son aylardakı manevrləri, bəzi hallarda izah edilməsi belə çətin olan siyasi qərarları, ən əsası isə Bakının Qərblə kəskin qarşıdurmaya getməsi bu faktorun aradan qaldırılması üçünmüş”.
Indi isə hökumətyönlü deputat Zahid Orucun fikirlərini oxuyun: “Azərbaycan Qarabağ münaqişəsinin hərbi-siyasi müstəvidə həlli üçün imkanlarını gücləndirib, ön cəbhəyə yetərincə hərbi texnika toplanıb və onları idarə edəcək kadr potensialı da var: ”Azərbaycan-Rusiya münasibətləri tarixin heç bir dönəmində bu qədər yaxşı olmayıb. Ona görə də söyləməkdən çəkinmirəm ki, 7 rayonun qaytarılmasının KIV-ə bəzən xaotik, bəzən spontan şəkildə sızması, eyni zamanda Putinin masası üzərinə Azərbaycanla bağlı planların yatırılması haqda deyilənlər əsassız deyil. Eləcə də Rusiyanın Qərblə konfrontasiya fonunda üzərindən məlum işğalçılıq imicini atmaq üçün Qafqazda müəyyən şəkil dəyişimlərinə getməsi, o cümlədən Azərbaycan torpaqlarının qaytarılması, Qafqazda siyasi çəkisini bərpa edə bilməsi haqda deyilənlərin əsası olmamış deyil. Ona görə də ildırım sürətli müharibə, Rusiyanın nisbətən neytrallaşacağı təqdirdə Azərbaycanın əl atacağı addımlar dövriyyəyə daha çox çıxır".ÿ
Göründüyü kimi, Zahid Oruc da, “Yeni Müsavat” da prezidentin masası üzərindəki plandan xəbrədardı. Yaxud Zahid Oruc da “Yeni Müsavat” kimi Rusiyanın loyallığının gətirəcəyi uğurdan danışır. Hər iki tərəf Qərbin təzyiqini azaltmaq üçün Rusiyanın 1-2 gün neytral qalıb, 1-2 rayonun işğalına göz yummasını vacib sayır. Yəni Zahid Oruc və “Yeni Müsavat” bu məsələdə eyni təbliğatı aparır.
Heç kimə sirr deyil ki, Zahid Oruc PA rəhbəri Ramiz Mehdiyevin kurasiyasındadı. Bu adamın bütün fikirləri Ramiz Mehdiyevin mövqeyini ifadə edir. “Yeni Müsavat”ın da eyni tezislərlə silahlanması, hər iki tərəfin eyni dairədən qidalandığını sübut edir. Bir daha təsdiqlənir ki, Rauf Arifoğlu hazırda Rusiyaya imic düzəltməklə məşğuldu və 5-ci kolunun sifarişini yerinə yetirir.
Amma “Yeni Müsavat”ın “analiz”indən də aydın görünür ki, hakimiyyətin məqsədi torpaqları işğaldan azad etmək deyil. Sadəcə olaraq 1-2 rayonu işğaldan azad etməklə xalqın gözünə kül üfürmək planından söhbət gedir. “Yeni Müsavat” əsaslandırmaq istəyir ki, 1-2 rayonu işğaldan azad etdikdən sonra sadə vətəndaş üçün demokratiya, inqilab məsələsi önəmsiz görünəcək. Yəni bu iyrənc ssenari reallaşarsa, ölkəni talan etmək, vətəndaşı köləyə çevirmək siyasətini də davam etdirmək mümkün olacaq.
Bir sözlə, “Yeni Müsavat” ən iyrənc ssenariyə legitimlik donu geyindirməyə başlayıb və bu “ssenari”yə Milli Şuranın adını əlavə etməklə sığortalama işi aparır. Amma bütün cəhdlər faydasızdı. Çünki, maskalı vaxtlar arxada qalıb və insanlar real simanı görə bilirlər.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.