İranla “altılar” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) tarixi nüvə razılaşması əldə ediblər.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə bir neçə dəqiqə əvvəl “Routers” agentliyi İran nümayəndə heyətindəki mənbəyə istinadən təcili xəbər yayıb. Sövdələşmə İranın nüvə proqramlarının məhdudlaşdırılmasının əvəzində bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tutur.
“İşin bütün ağır tərəfi görüldü və biz sazişin yekun variantını çapa verdik. Allah xalqımızı qorusun”- deyə İran diplomatı Vyanada həftələrdir sürən çətin danışıqların nəticələrinə dair bildirib.
İran nümayəndə heyətindəki digər mənbə də razılaşmanın əldə olunduğunu təsdiq edib. Təfərrüatlar haqda daha sonra məlumat veriləcək.
Xəbər yenilənir.
F.Məmmədov
Virtualaz.org