ABŞ 90-cı illərdən Putini izləyir

18-07-2015, 19:09   

Rusiya prezidenti Vladimir Putin hələ 1990-cı illərdə Peterburqda işlədiyi zamanlardan ABŞ kəşfiyyatının diqqətindədir. Bu barədə The Times nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda Putinin var-dövlətinin həcmi barədə məlumat azdı. MKİ-nin moskvadakı koordinatoru Riçard Palmer bildirir ki, Rusiya lideri uzun illər ərzində dövlətin talanması sisteminin bir hissəsi olub.
Bu ilin may ayının sonlarında keçmiş peterburqlu iş adamı Maksim Fredzon müsahibəsində bildirirdi ki, Putin hələ 1990-cı illərdə korrupsiya sxemlərində iştirak edib. Lakin sonradan bu müsahibə «Azadlıq radiosu»nun rus bölməsinin səhifəsindən silindi.
Bundan əvvəl isə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Qərb KİV-nin Putinə qarşı informasiya hücumuna keçdiyini bildirmişdi.

azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.