İsrailin Azərbaycanda möhkəmlənməsi nə vəd edir?

25-07-2015, 07:54   
İsrailin Azərbaycanda möhkəmlənməsi nə vəd edir?
Yeni seçilən Israil Knessetində Israil-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclası keçirilib. Diasporla Iş üzrə Dövlət Komitəsindən “Trend”ə verilən məlumata görə, iclası parlamentlərarası dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, “Israil-Evimizdir” Partiyasının rəhbəri, Israilin keçmiş xarici işlər naziri Aviqdor Liberman aparıb.
Iclasda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, Israil Xarici Işlər Nazirliyinin şöbə müdiri Oded Yosef, Israilin Azərbaycandakı səfiri Dan Stiv, AzIz-in Baş direktoru Lev Spivak iştirak edib.

“Israil Azərbaycanın iqtisadi potensialını qiymətləndirir”

A.Liberman Israil-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının Israil üçün əhəmiyyətini vurğulayıb. Iki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olması, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, Israil neftinin 65 faizi Azərbaycandan idxal olunur.
Sonra Azərbaycanda yəhudiliyin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadıqlarını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadıqlarını, dövlətin isə onlara inkişaf etmələri üçün bütün şəraiti yaratdığını vurğulayıb.
Iclasda iştirak edən Israil Xarici Işlər Nazirliyinin şöbə müdiri Oded Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.

“Israildə Qarabağ müzakirələri”

Knessetin iclasında çıxış edən “AzIz”in Baş direktoru Lev Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə danışıb. L.Spivak Azərbaycanın işğal olunmuş torpaqlarının Israil ərazisindən də böyük olduğunu qeyd edib. “AzIz” rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, Israil Knessetində qondarma erməni soyqırımının tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.
L.Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, “soyqırımı” sözündən istifadə olunmasın.
Israilin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriÿRafael Harpazıÿdiplomatik fəaliyyəti başa çatıb. Bununla əlaqədar olaraq prezidenti Ilham Əliyev iyulun 24-də onu qəbul edib.

“Israilin regionda möhkəmlənmək cəhdi”

Qərblə-Iran arasında intensiv danışıqların getdiyi bir zamanda Israildə bu tip müzakirələrin keçirilməsi, əlbəttə, maraq doğurur. Öncə onu vurğulamaq yerinə düşər ki, Iranla aparılan danışıqlara Israil sona qədər müqavimət göstərdi. Hazırda da Iranla yaxınlaşmanı böyük narahatlıqla izləyən Təl-Əviv imkan daxilində anlaşmanın baş tutmamasına çalışır. Bu baxımdan Iranla regionda cərəyan edən proseslərin fonunda Israil təşəbbüsləri maraq doğurur.
Eyni zamanda Israil ilə Türkiyə arasında olan münasibətlər də nəzərə alınmalıdır. Türkiyə və Israilin münasibətlərindəki gərginlik uzun müddətdir davam edir. Əslində Türkiyənin yaxın müttəfiqi olan Azərbaycan Təl-Əvivlə münasibətlərdə bunu da nəzərə almalıdır.
Günün daha bir maraqlı xəbəri Israil parlamentindəki müzakirələrdən sonra Israilin ölkəmizdəki səfiri
Rafael Harpazın dövlət başçısı Ilham Əliyevlə görüşməsidir.
Görüşdə Azərbaycan ilə Israil arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Harpaz 2012-ci ildən Azərbaycanda səfir vəzifəsini icra edib və onun fəaliyyəti başa çatıb. Görüş fəaliyyətin başa çatması ilə bağlı olsa da, son baş verənlərin fonunda maraq doğurur. Israilin Azərbaycan rəhbərliyinə ünvanladığı mesacları siyasilər də birmənalı qiymətləndirmirlər.

“Israilin məqsədi nədir?”



Politoloq Hikəmt Hacızadə hesab edir ki, Israilin məqsədi özünə yeni, yaxın müttəfiqlər tapmaqdır: “Israil hazırda faktiki tək qalıb. Onun müsəlman dünyasında, demək olar, müttəfiqi yoxdur. Israilə hazırda bir qədər mehriban münasibət bəsləyən Azərbaycandır. Ona görə Israil Azərbaycanla əlaqələrini dərinləşdirməyə çalışır. Bundan başqa, Israil Azərbaycan vasitəsilə başqa ölkələrə də çıxa bilər. Ona görə hazırda Təl-Əviv müxtəlif yollarla Azərbaycanı şirnikləndirir”.
H.Hacızadə hesab edir ki, Israil ilə Azərbaycanın münasibətlərinin dərinləşməsi tez bir zamanda baş verməyəcək. Bu bir qədər zaman tələb edir. Ona görə hazırkı dönəmdə bu münsibətlər Azərbaycanın nə Türkiyə, nə də Iranla olan əlaqələrinə xələl gətirə bilməz.

Xəyal

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.