Türkiyənin Diyarbəkir şəhərində yerləşən 2-ci Hərbi Hava Qüvvələrinə məxsus F-16-lar hücuma məruz qalıb. Axar.az xəbər verir ki, İŞİD və PKK düşərgələrini bombalamaq üçün hərəkətə keçən qırıcılara naməlum şəxslər atəş açıb. Dərhal hadisə yerinə əsgər və polis yerləşdirilib. Zirehli texnikanın köməyilə ərazidə təhlükəsizlik bərpa edilib. Hücumu təşkil edən şəxslər barədə hazırda araşdırma aparılır. Qeyd edək ki, gecə saatlarında türk ordusu Şimali İraqda 5 PKK düşərgəsini bombalayıb.