Türkiyə Prezideni Rəcəb Tayyib Ərdoğan Baş nazir Əməd Davudoğlu və Baş Qərargah rəisi Necdə Özəli son əməliyyatlarla bağlı qəbul edib. Axar.az xəbər verir ki, Tarabiya iqamətgahında keçirilən görüş 4 saat davam edib. Tərəflər arasında keçirilən görüşdə Türkiyə Silahlı Qüvvələrinin İŞİD və PKK-ya qarşı reallaşdırdığı əməliyyatlar müzakirə edilib.