Türkiyə tabuta girib, amma heç kimin xəbəri yoxdur. Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı yayıb. Onun sözlərinə görə, Türkiyədə yaranmış vəziyyətdən heç bir vətəndaş razı deyil: “Hər gün bir faciə, hər gün bir fəlakət önümüzü kəsir. Şiddət və ölüm sanki ətrafımızda səltənət qurub, toxunulmazlıq qazanıb. Açılım deyə-deyə, açıla-açıla Türkiyənin bütün müdafiə və təhlükəsizlik qapılarını məhv etdilər. Analar ağlamayacaqdı - iddiaları bu idi? Bayrağa bükülmüş tabutlar gəlməyəcəkdi - bəyanatları belə idi? Amma Türkiyənin tabuta girdiyindən xəbərləri yoxdur. Biz əsrlərdir şəhid veririk, əsrlərdir böyük dəyərlər uğruna torpağa gül bağçasına girər kimi soxuluruq. Artıq xəyanət yuvalarından yorulmuşuq. Ərtoğrul qoynunda böyüyən obalara sahib çıxacağıq, üç-beş alçağa boyun əyib, diz çökməyəcəyik”.