Abdulla Öcalanın ölüm xəbəri yayıldı

27-07-2015, 09:04   
Abdulla Öcalanın ölüm xəbəri yayıldı

Türkiyədə PKK lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb.

“Radikal” qəzeti bildirir ki, PKK liderinin 5 aydır ailəsi və rəsmilərlə görüşməməsi bu ehtimalları artırıb. Məsələ bir çox saytlar tərəfindən işıqlandırılıb və sosial mediada geniş paylaşılıb. Nəticədə Türkiyənin ədliyyə naziri Kənan İpək açıqlama verməyə məcbur olub.

"Son günlərdə bəzi internet saytlarında PKK lideri Abdulla Öcalanın öldüyünə dair bəzi xəbərlərin yazıldığı və bu xəbərlərin sosial mediada yayıldığı müşahidə edilib. Abdulla Öcalanın öldüyü barədə yayılmış bu xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu xəbərlərin müəyyən məqsədlərlə yayıldığı aydın görünür" - deyə nazir vurğulayıb.

Amma Türkiyə parlamentinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradan seçilmiş millət vəkili Şevkət Çətin hazırda Öcalanın saxlandığı adaya girişiin qadağan edildiyini və mətbuata susmaq əmri verildiyini bildirib (ANS PRESS).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.