Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraqda təşkil etdiyi hücumlar zamanı 200-ə yaxın PKK terrorçusu öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” saytı məlumat yayıb. Məlumata görə, öldürülənlər arasında PKK-nın yüksək səviyyə şəxsləri olmayıb. Əməliyyatlar zamanı terror təşkilatının gizli cəbbəxanaları, təlim düşərgələri, sığınacaq və anbarları məhv edilib. Ordunun anti-terror əməliyyatlarının davam edəcəyi bildirilib.