"Xalq artisti İlhamə Quliyeva mənə “Şah” titulunu verib. Bu mənə bəs edər”. ANS PRESS-in məlumatına görə, bunu müğənni Nadir Qafarzadə deyib.
Başına tac taxıb şah obrazında yeni fotosessiya etdirən müğənni yeni layihəsi barədə açıqlama verib. Müğənni hər bir fotoda müxtəlif obrazları canlandırıb: “Bir müddət öncə bu fotosessiyanı etdirdim. Çox xoşuma gəldi. Çünki hər bir fotonun öz obrazı var. Hətta sosial şəbəkədəki səhifəmdə də bir neçəsini paylaşmışam. Hər bir fotoya da öz şərhimi vermişəm. Məsələn, bir şəklə “Yaxın gəl qorxaq, namərdliyin yetər” sözünü qeyd etmişəm”.
N.Qafarzadə başına tac taxmasından da danışıb və hər zaman başına tac taxmadığını da deyib. "Sadəcə çəkiliş üçün istifadə etdim".
Müğənni Nadir Qafarzadə
İlhamə Quliyeva bir müddət öncə N.Qafarzadəyə “Şah” titulu verərkən bu sözləri demişdi: “Nadir böyük sənətkardır. Mən ona bu yaxınlarda “Şah” titulunu verdim. Bu gündən sonra maqazin proqramlarında sənə “Nadir” deyə müraciət etsələr, sən də buna etiraz etməsən, səndən küsəcəyəm. Hər kəsdən tələb et ki, “Nadir şah” desinlər. Kim sənə “Nadir şah” demək istəmirsə, de, qulaq burması verək. Bu titulu mən sənə vermişəm”.
Taclı Nadir
N.Qafarzadə özünü "əjdaha" adlandırıb. O, şou biznesin "əjdahası" kimi hamıdan güclü olduğunu iddia edirdi. Hətta ləqəbini bədəninə tatu şəklində belə döydürdüyünü iddia edirdi. Amma sonradan əjdaha sözünə qarşı allergiyası olduğunu etiraf edib. "O sözü deyəndə “ətim tökülür”".