İŞİD Əfqanıstan və Pakistanda terror qruplaşmaları yaratmaqla Hindistanda müharibəni qızışdırmaq istəyir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “USA Today” yayıb. Qəzetin iddiasına görə, İŞİD bununla dünyanın sonunu yaxınlaşdırmaq istəyir:
“Artıq Pakistandakı vətəndaşlardan 32 köhnə sənəd toplanılıb. Bu sənədlərdə Əfqanıstandakı ABŞ ordusuna, Amerika diplomatlarına və Pakistan məmurlarına hücumların planları əks olunub. İŞİD-ə aid olan “İslam xilafətinin qısa tarixi, peyğəmbərin xəlifəliyi” sənədlərində həmçinin Əfqanıstan və Pakistanda taliblərin onlarla təşkilatının birləşdirilməsi nəzərdə tutulur. Bundan sonra Hindistana hücum edilməli və ABŞ-la dünyanın sonunu yaxınlaşdıran müharibə başladılmalıdır”