İŞİD qafqazlılara müraciət etdi: "Hamıya ölümdən pay düşəcək"

9-08-2015, 12:41   
İŞİD qafqazlılara müraciət etdi: "Hamıya ölümdən pay düşəcək"
Özünü “İslam Dövləti” (İŞİD) adlandıran təşkilata bağlı bir qrup Şimali Qafqaz qiyamçısı həmvətənlərini onlara qoşulmağa çağırıb.

İŞİD qruplaşması bağlı furat.info rusdilli internet saytında yayılmış videomüraciətdə qrup Suriya və İraqda “İslam Dövləti” hərəkatı sıralarında döyüşdüyünü iddia edib.

Videonun çəkildiyi vaxt bəlli deyil, lakin müraciətin, həm də Nadir Əbu Xalid kimi tanınan Nadir Medetovun səsi ilə yazılmış audioklip YouTube saytına avqustun 5-də yerləşdirlib.

Videoda günəşli havada, güman ki, yay fəslində, xalçanın üstündə oturmuş 6 kişi görünür. Onların hamısı silahlıdır. Onlardan biri istisna olunmaqla qalanları rusca danışırlar və arabir Qurandan misallar gətirirlər.

Kişilərdən biri almanca danışır, lakin onun danışığının subtitrləri verilib. Bu adamların arasında bu yaxınlarda gözlənilmədən İŞİD qruplaşmasına qoşulmuş Nadir Mədətovu dərhal tanımq olur.

Qrupun bütün üzvləri Qafqaz müsəlmanlarını “İslam Dövlətinin Qafqaz əyalətinin” yaradılması münasibətilə təbrik edirlər.



İyunun 23-də İŞİD qruplaşması liderləri tərəfindən yayılmış bəyanatda bildirilirdi ki, Abu Muhammad əl-Qadari və ya Abu Muhammad Kadarski kimi tanınan Rustan Aseldarov “Qafqaz əyaləti”nin başçısı təyin olunub. Beləliklə, xəritə üstündə İŞİD qruplaşması yeni əyaləti “əl-Qaidə” ilə bağlı “Qafqaz əmirliyinin” ərazisi hesabına “genişlənib”.

Videoda ilk çıxış edən şəxs Çeçenistan, İnquşetiya, Kabardin-Balkariya, Dağıstan və Azərbaycandakı “mücahid qardaşları”nı yeni əmirə itaət göstərməyə çağırıb.

Videoda danışan ikinci şəxs bildirir ki, “İŞİD-in lideri Əbubəkr əl-Bağdadi” müsəlmanların ümumdünya səfərbərliyini elan edib.

Daha sonra Şimali Qafqazdakı “kafirlərə müraciətlə” Nadir Medetov danışır.



“Döyüş yenicə başlayıb. Bu müharibə sizin hər birinizin evinə gələcək və hamınıza alçaldılma, itki və ölümdən pay düşəcək” - deyir Medetov.

Medetovdan sonrakı şəxs almanca danışır. O, “mücahid qardaşları xilafət karvanına qoşulmağa” dəvət edir və bildirir ki, onların “bir bayrağı, bir düşməni və ən mühümü isə indi bir hökmdarları var”.

Hazırda Şamda (Suriyanın qədim adı) olduqlarını deyən bu şəxs Şimali Qafqaz müsəlmanlarını “kafirlərin başlarını kəsmək” kimi zorakılıqlara çağırır.

“Sizin borcunuzdur ki, eynilə onların da müsəlmanlara qarşı etdikləri kimi, onların həyatını tar-mar edə, sakitliklərini əllərindən ala, uşaqlarını yetim, arvadlarını dul qoyasınız” - deyir videodakı şəxs.

Müraciət edən şəxs bildirir ki, Qafqazda yaranmış sakitlik müvəqqətidir və bir gün cihad bu torpağa qayıdacaq.

O, həmçinin cihada qoşulmaq istəyənləri valideynlərini “İslam Dövləti”nə göndərməyə çağırır ki, yerli hakimiyyət onları şantaj edə bilməsin.

Çıxış edən həmçinin deyir ki, İŞİD İraqa yalnız cihad üçün yox, “proqramlı dövlət” olmaq üçün gəlib və Qafqazda da belə bir üsul-idarə yaradılacaq.

Videoda çıxış edən sonuncu şəxs Rusiyanı hədələyir. O bildirir ki, Qafqaza “qılıncla gəlmiş Rusiya bu yerləri murdarlayıb, adamları malqaraya döndərib” və “bizləri “çurka” adlanrıb”.

“Allah qoysa, görərik, kimi kimi qula çevricək” - deyə hədələyir videodakı.

2014-cü ilin noyabr ayından bəri Dağıstan və Çeçenistanda olan qiyamçı qruplaşmalardan bəziləri, Rustam Aselderovun dəstəsi də daxil “İŞİD-ə sədaqətlərini” bildiriblər və başqa sözlərlə, Qafqaz əmirliyinə arxa çeviriblər.

Şimali Qafqaz qiyamçılarının mərhum lideri Əliaşab Kebekov, Dağıstan qiyamçılarının şəriət hakimi Maqomed Süleymanov (Muhammad Abu Osman Gimrinski) bu hərəkəti “xəyanət” kimi pisləyiblər.

Kebekov 2015-ci ilin aprelində Dağıstanda təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, indi onun vəzifəsini Süleymanov icra edir (BBC).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.