Ermənilərin Rusiya rəhbərliyindəki havadarı - Sergey lavrov barədə məxfi məlumatlar

10-08-2015, 07:51   
Ermənilərin Rusiya rəhbərliyindəki havadarı - Sergey lavrov barədə məxfi məlumatlarS

Sergey Lavrovun pərdə arxasında Azərbaycan düşmənləri ilə işbirliyinə və kriminal əlaqələrinə dair yeni şok faktlar...





Redaksiyamıza Rusiyanın xarici işlər naziriı Sergey Lavrovun ofisindən idarə edilən anti-Azərbaycan kampaniyası haqda sensasion xarakterli material daxil olub. Məqalənin müəllifi adının gizli saxlanmasını istəyən, 30 illik staja malik rusiyalı uğurlu karyera diplomatıdır. Hazırda da o, Rusiya Xarici İşlər Nazirliyində (XİN) işləyir. Onu bu materialı hazırlamağa vadar edən əsas səbəb isə, özünün qeyd elədiyi kimi, erməni lobbisinin XİN-də, Dövlət Dumasında, Rusiyanın başqa dövlət strukturlarında kök salmasıdır. Oxucularımız, ictimaiyyətin ən geniş təbəqələri üçün maraqlı olacağını nəzərə alıb yazını olduğu kimi, Azərbaycan türkcəsinə çevrilmiş variantda, ixtisarsız və üslubuna toxunmadan təqdim edirik.


(Əvvəli ötən sayda)

II YAZI

Ancaq 2012-ci ildə Moskvada situasiya köklü surətdə dəyişdi. Təzədən hakimiyyətə qayıdan Vladimir Putin İranla əməkdaşlığı xarici siyasətin əsas prioritetlərindən elan elədi. Bəs Tehrandakı səfir buna necə cavab verdi? Heç nə ilə. Onun fəaliyyətində zərrəcə bir şey dəyişmədi. Ancaq yeni şəraitdə bu avaraçılıq artıq açıq şəkildə sabotajı xatırlatmağa başlamışdı.

İran ətrafında gərginliyin zəifləməsi Avropanın biznes-dairələrində böyük bir canlanma yaratdı. Tehrandakı mehmanxanalar Qərb biznesmenləri ilə qısa müddətdə doldu, İrandakı Qərb səfirləri tematik və ümumi biznes seminarları keçirməyə, habelə öz ölkələrində İrandakı iqtisadi və investisiya ab-havasına dair məruzələr oxumağa başladılar.

Praktiki surətdə bütün xarici səfirliklər bu ölkədə biznesin təşkili, birgə müəssisələrin yaradılmasının xüsusiyyətləri, qanunvericilik problemlərinə dair təcili arayış xarakterli materiallar hazırlayıb öz ölkələrinə yollayırdılar. Yalnız ruslarda tam sakitlik hökm sürürdü, nədən ki, cənab Caqaryan buna bənzər heç bir işlə özünə əziyyət vermirdi.

Ancaq bir az gərək insaflı olaq - arada “əziyyət” də verirdi. Məsələ ondadır ki, nə vaxt yerli biznesmenlərdən və ya rusiyalı sahibkarlardan ikitərəfli işgüzar təmaslar üçün, maraqların lobbiçiliyi və başqa bu kimi kömək istəyi daxil olurdu, cənab Caqaryan həmişə onlara qarşı addım atır, əlindən gələni edirdi - yalnız kiçik bir şərtlə: əgər bu adamlar erməni kökənli, yaxud İrandakı və ya Rusiyadakı erməni diasporunun kapitalının nümayəndələri idilərsə.
Belə bir situasiya tamamilə izah olunandır: erməni diasporları Rusiya-İran iqtisadi əməkdaşlığı üzərində monopolist nəzarətə nail olmaq istəyir. Onlar iri dövlət layihələri ilə əlbəttə ki, məşğul olmurlar.

Çünki buna sərmayə lazımdır, amma yerdə qalan bütün işlər - bank əməliyyatlarından tutmuş, kənd təsərrüfatı məhsullarının satışına kimi, hər şeyi öz tərəflərinə çəkməyə, rusiyalı və azərbaycanlı biznesmenləri slxışdırmağa çalaışırlar.



Vəziyyət hətta gülməli həddə çatır - iranlılar Rusiya vizaları almaqda bürokratik əngəllərlə üzləşmələrindən şikayətlənirlər. Əslində onların əndişəsinə heç ehtiyac da yoxdur - yetər ki, Rusiya səfirliyinin yaxınlığında yerləşən, Tehran ermənilərinə məxsus olduqca şübhəli kontora müraciət eləsinlər, o zaman onların bütün qayğıları müvafiq “hörmətin” qarşılığında yoluna qoyulacaq. Üstəgəl, bu zaman kiçik və orta biznesin “problemlərinin həlli” üçün Moskvadan sonra Tehranda da yaradılmış qeyri-formal, yerli erməni diasporuna aid 4 nəfərdən ibarət “çevik müdaxilə qrupu” işə qoşulur.

“Nə qədər ki, Caqaryan Rusiyanın Tehrandakı səfiridir, İran-Azərbaycan əlaqələrinin də perspektivi olmayacaq”


İran (həm də Rusiya) mənbələri təsdiqləyir ki, son 2-3 ayda Levan Caqaryan erməni millətindən olan bir neçə şəxsi Rusiya və İran tərəfinə S-300 raketləri və İran ərazisində zirehli texnikaya xidmət üzrə xüsusiləşdirilmiş servis mərkəzinə dair yüksək səviyyəli danışıqlarda mühüm vasitəçi qismində aktiv şəkildə sırımağa çalışır. Moskvanın adətən səfirdən məsafə saxlayan xüsusi strukturları isə işarə vururlar ki, yumşaq desək, “səfir haqlı deyil və öz səlahiyyətlərini aşır”. Lakin gücü hər yerə yetən Caqaryan buna əsla reaksiya vermir və özünü elə aparır ki, guya hər şey qaydasındadır.

İş o yerə çatıb ki, son vaxtlar xüsusi məsələlərin müzakirəsi zamanı və hərbi-ticari əməkdaşlıq xətti ilə danışıqlarda İran tərəfi məcbur qalıb xahiş edir ki, Tehrandakı danışıqlar səfirin iştirakı olmadan aparılsın. Rusiyadan olan danışıq iştirakçıları da Ermənistana, ardınca da ABŞ və İsrailə informasiya sızıntısının olacağından ehtiyatlanaraq, danışıqlar aparılan zaman səfirliyə gəlmir, səfirə məlumat vermirlər.



* * * * *

Caqaryan öz günahı üzündən axır ki, nə səfirlik personalı, nə də İrandakı Rusiya rəsmi strukturları ilə ümumi dil tapa bilmədi. İş ondadır ki, onun mənəvi göstəriçiləri də yüksək deyil. Səfirin qeyri-adekvat davranışı sayəsində personalın bir hissəsi vaxtından əvvəl səfirliyi tərk edərək Rusiyaya qayıtmaq zorunda qalıb. O, Rusiyanın İrandakı ticarət nümayəndəsi ilə danışmır və heç bir əlaqəyə malik deyil, Rusiyanın Rəşt və İsfahandakı baş konsulları ilə də praktik surətdə ünsiyyət yaratmır, hansılar ki, mahiyyət etibarilə taleyin ümidinə buraxılıblar, sərbəst “üzməkdədirlər”. Yerdə qalan personal isə susur, dözür, çünki Caqaryanln qisasçı olduğunu, onun istənilən tənqidə ağrılı reaksiya verdiyini, ən başlıcası, Rusiya XİN-də səfirin havadarlarının imkanlarını bilir.

“Hamı qorxur, çünki belə rəy formalaşıb ki, İrandakı səfir Levan Caqaryanın arxasında şəxsən Sergey Lavrov, sonra isə Rusiyadakı və Amerikadakı erməni lobbiləri durub"


Axı, həqiqətən də etnik azərbaycanlıların mühüm bir hissəsi İranın rəsmi hakimiyyət sistemində yüksək vəzifələr tuturlar. Onlardan ötrü, əlbəttə ki, Rusiyanın erməni millətindən olan səfiri BƏRİ BAŞDAN qeyri-məqbul tərəfdaşdır. Ona görə də rəsmi Tehran ciddi məsələlərin müzakirəsi zamanı “birbaşa” Moskvaya çıxmağa çalışır. Lakin Rusiya XİN-də bu işarəni nədənsə anlamırlar və İran tərəfinin təkliflərini yenə də həmin o səfirə, İran tərəfinin işləmək istəmədiyi şəxsə qaytarırlar.

Əgər daha dəqiq ifadə eləsək, Rusiyanın İranla dolğun əməkdaşlığı İranın azərbaycanlı diasporunu (Güney Azərbaycan əhalisi - red.) bu əməkdaşlığa cəlb eləmədən mümkün deyil. Erməni lobbisi üçün bu, tamamən qeyri-məqbuldur. Levan Caqaryan da elə səfir olaraq əlindən gələni edir ki, belə bir şey baş verməsin.

Qəribədir ki, nə səfirin Rusiya maraqlarının təmin edilməsində fəaliyyətsizliyi, nə də onun erməni diasporunun maraqlarına fəal lobbiçiliyi onun Moskvadakı rəislərində narazılıq doğurmur. Bu harasıdır, səfiri yüngülcə tənqid eləməyə yönəlik istənilən cəhd XİN-də vəhşi qəzəb və dəhşətli qıcıq doğurur. Hamı qorxur, çünki belə rəy formalaşıb ki, Levan Caqaryanın arxasında şəxsən Sergey Lavrov, sonra isə Rusiyadakı və Amerikadakı erməni lobbiləri durub.
Qarşıdakı oktyabrda onun səfir postunda 4 ili tamamlanacaq. “Daha neçə il o, bu postda qalacaq” sualına Caqaryan özündən razı şəkildə belə cavab verir ki, özü nə qədər istəsə və nə qədər ki, Sergey Lavrov nazirdir, o qədər də qalacaq. Bəlkə elə bu səbəbdən ona təkcə Zamir Kabulov yox, həm də nazir müavini İqor Morqulov himayədarlıq edir?



Məgər Caqaryanın İran və Rusiyadakı erməni diasporunun iqtisadi maraqlarına naminə fəaliyyətinə görə deyilmi ki, onun haqqında tanınmış biznesmen Levon Ayrapeytanın ətrafı yüksək fikirdədir?! O Ayrapetyan ki, hesabında çoxsaylı sifarişli qətllər və xüsusilə böyük həcmdə maliyyə fırıldaqları olan “Kinqisepp cinayət qruplaçması”nın fəaliyyətinin araşdırılması çərçivəsində bu yaxınlarda Rusiyada həbs edilib (Ayrapetyan həm də Qarabağdakı separatçı hərəkatın əsas maliyyə sponsorlarından olub - red.).
Situasiyanın cazibəliliyi həm də ondadır ki, Ayrapetyan Sergey Lavrovun yaxın dostudur və az öncə onun əlindən (bundan axmaq bir şey fikirləşmək çətindir) “Ölkədə millətlərarası birliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığa nəhəng töhfəyə görə” XİN-in ali mükafatını alıb.

ABŞ-ın erməni lobbisi ilə sıx əlaqəsi olan Ayrapetyan beynəlxalq səviyyədə Ermənistanın nüfuzlu lobbistlərindən biridir. Bu ifadə məhz ona məxsusdur: “Vətənindən kənarda yaşayan istənilən erməni nə ilə məşğul olmasından asılı olmayaraq erməni xalqına xərac ödəməlidir”. Doğrudan da, kriminal dünyanın prinsiplərini necə də xatırladır?

* * * * *

Beləliklə, Levan Caqaryanın səfir təyin edilməsi Rusiyaya nə verdi? Onları sıralayaq:
- İranda on milyonlarla azərbaycanlı bu təyinatla mənən təhqir edildilər. Onlar Caqaryaın təyinatını mahiyyət etibarilə Amerika yönlü olan erməni lobbisinin Rusiya hakimiyyət dəhlizlərində qələbəsi kimi qəbul elədilər.

““Situasiyanın cazibəliliyi həm də ondadır ki, çoxsaylı sifarişli qətllər və iri maliyyə fırıldaqlarında suçlanaraq Moskvada həbs edilən Levon Ayrapetyan Sergey Lavrovun yaxın dostudur”


- İranda azərbaycanlıların böyük bir qismi rəsmi hakimiyyət sistemində yüksək postlar tutur. O cümlədən İran hökumətinin təxminən yarısı azərbaycanlılardır. Bu, o deməkdir ki, İranın hökuməti və dövlət strukturları erməni səfirlə psixoloji uyğunsuzluğa görə işləyə bilməzlər.

- Rusiyadakı etnik azərbaycanlıların biznes strukturları faktiki surətdə Rusiyanın İrandakı səfirliyi və rəsmi strukturları ilə təmaslardan təcrid ediliblər və onların bütün təşəbbüsləri mütləq ya səfirin özü, ya da ətrafı tərəfindən əngəllənir.

- Bu təyinat ilk gündən Azərbaycan Respublikası üçün qıcıq yaratdı, belə ki, milliyyətcə erməni olan Rusiya səfirinin fiquru Rusiya-Ermənistan-İran üçlüyündə birləşdirici həlqə olmağa xidmət edirdi. Bundan əlavə, həmin təyinatı Azərbaycanda lap əvvəldən Sergey Lavrov başda olmaqla Rusiyadakı erməni lobbisinin qələbəsi kimi qəbul elədilər.

- Aydındır ki, belə bölgüdə Azərbaycan Tehranın beynəlxalq və regional səviyyədə istənilən təşəbbüsünə olduqca şübhəli yanaşacaq. Müvafiq olaraq, nə qədər ki, Levan Caqaryan Rusiyanın Tehrandakı səfiridir, İran-Azərbaycan əlaqələrinin perspektivi olmayacaq, çünki azərbaycanlılar istəsələr də belə bir təəssüratdan qurtula bilməyəcəklər ki, Tehranın istənilən məsələyə dair mövqeyində erməni təsiri var.

- Levan Caqaryanla Ermənistanın İrandakı səfiri arasında xüsusi yaxın münasibətlər mövcuddur. Bu isə olduqca narahatedici faktordur, nədən ki, Rusiya səfiri dövlət sirləri və strateji xarakterli informasiyalar çıxış olan şəxsdir. İstənilən başqa ölkədə yalnızca belə bir quruca “bağlılığa” görə səfiri dərhal geri çağırardılar.

* * * * *

Sonda vurğulayaq ki, Rusiya vergiödəyicilərinin hesabına Moskvadan əmək haqqı və yüksək status alan səfir Caqaryan bütünlüklə Rusiya maraqlarına uyğun hərəkət etməyə borcludur. Ancaq onun İrandakı fəaliyyətinin Rusiya maraqlarına heç bir aidiyyəti yoxdur. Məsələ yalnız ondadır ki, belə absurd vəziyyət, sağlam məntiqin ələ salınması nə qədər davam edəcək? Və Caqaryanın lap yuxarıdakı havadarları Rusiya və İran ictimaiyyətindən daha nə qədər belə bir faktı gizlədəcəklər ki, Rusiya təmsilçisi İranda öz birbaşa öhdəliklərindən - İran-Rusiya əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdən savayı hər şeylə məşğuldur?

Hazırladı: Siyasət şöbəsi /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.