Türkiyədə, İstanbul şəhərinin Sultanbəyli yaşayış məntəqəsində polis işçiləri ilə terrorçular arasında bu gün səhər saatlarında yaşanan silahlı qarşıdurmanın görüntüsü yayılıb. Axar.az xəbər verir ki, qarşıdurmada 2 terrorçu məhv edilib. Atışmada polis idarəsinin şöbə müdiri Bəyazid Çəkən də ağır yaralanıb. Polis aparıldığı xəstəxanada bütün müdaxilələrə rəğmən dünyasını dəyişib. Şəhid xəbərinin ardından şəhidin ata evinə türk bayraqları asılıb. İki uşaq atası şəhidin atası da təqaüddə olan polis məmurudur.