Satdığı saxta diplomlar deputatın probleminə çevrilib
Millət vəkili Bəxtiyar Əliyev növbəti parlamentdə yerini qorumaq üçün əl ayağa düşüb. Əks təqdirdə BDU-nun kafedra müdiri həbs təhlükəsi ilə üz-üzə qala bilər.
Milli Məclisin Elm və Təhsil Komisiyasının sədr müavini, AMEA-nın müxbir üzvi, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Psixologiy Kafedrasının müdiri vəzifələrini daşıyan Bəxtiyar Əliyevin növbəti parlament seçkilərində deputat mandatını qorumaqda israrlıdır. Deputat mandatı ona toxunulmazlığını təmin etmək və keçmiş fəaliyyətində yol verdiyi qanunsuz əməllərdən yaxa qurtarmaq üçün vasibdir.
Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə Bəxtiyar Əliyevin mandatı sual altına düşüb. Bu daha çox hakimiyyətin apardığı araşdırmalar nəticəsində millət vəkilinin Ağdamda nüfuzunun aşağı olması ilə bağlıdır. Hazırda isə vəziyyət elədir ki, ölkədə iqtisadi tənəzzülün başladığı bir dönəmdə sosial etirazların qarşısının alınması üçün hakimiyyət daha çox bölgələrdə nüfuzu olan və sözü keçən şəxslərin deputat seçilməsində maraqlıdır. Digər tərəfdən başqa bir hakimiyyət qruplaşması Bəxtiyar Əliyevi öz namizədi ilə dəyişdirməkdə israrlıdır. Bu baxımdan Bəxtiyar Əliyevin vəziyyəti heç də ürəkaçan olmadığı bildirilir.
Bəxtiyar Əliyevin ən zəif yeri isə Ağdamda daxilolmaqla ətraf rayonlara satdığı saxta diplomlar olduğu göstərilir. Belə ki, vaxtı ilə ölkə miqyasında ən çox saxta diplom satanlardan biri olan Bəxtiyar Əliyev həmçinin tələbə köçürülmələriinin də «xaç atalarından biri hesab olunur. Daxil olan məlumatda göstərilir ki, Bəxtiyar Əliyevin vaxtı ilə Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı fililını yaradaraq ona rəhbərlik edib. Həmin illərdə millət vəkili 7 minə yaxın tələbəyə saxta diplom verdiyi iddia olunur. Universitet isə millət vəkilinin iki otaqlı mənzilində yerləşib.
Həmin iki otaqlı mənzil-universitetdə təhsil alan bir çox tələbələr onun sayəsində ölkənin adlı sanlı universitetlərinə, o cümlədən Bakı Dövlət Universitetinə köçürülməyə nail olublar. Ancaq son illər təhsil nazirliyi tərəfindən dövlət işində işləyən bir çox şəxslərin diplomlarını yoxlaması Bəxtiyar Əliyevidə çətin vəziyyətə salmışdı. Onu qoruyan əsas faktor isə millət vəkili toxunulmazlığı olduğundan, Bəxtiyar Əliyev mandatını itirdikdən sonra həbs olunacağı ehtimalını da yox saymır. Çünki yüksək dairələrdə Bəxtiyar Əliyevi sevməyənlər çoxdur. Belə ki, o, zaman-zaman öz hamilərinin maraqlarını qorumaq üçün ölkənin qüdrətli şəxsləri ilə üz-üzə gəlib. Hazırda isə Bəxtiyar Əliyev qarşı tərəfin revanş edəcəyindən ciddi şəkildə əndişə edir. Çünki millət vəkilinin vətəndaşlara verdiyi diplomlar təhsil nazirliyinin diplom bankında qeydiyyata oturmayıb və həmin diplomlar saxta sayılır. Bu isə Bəxtiyar Əliyev üçün hər dəqiqə həbsxana qapılarını aça bilər.
Mənbə iddia edir ki, Təhsil Nazirliyi bir çox rayonlarda, xüsusən Qarabağ rayonlarında müəllim işləyən xeyli şəxslərin diplomlarını yoxlayan zaman xeyli sayda diplom saxta çıxıb. Saxta çıxan diplomların çox hissəsi isə Bəxtiyar Əliyevin “məzunları” olub. Aldığımız məlumata görə millət vəkili bütün gücü ilə dövlət qurumlaırnda çalışan məzunlarının saxta diplomlarının üzə çıxmamasına çalışır. Çünki diplomu saxta çıxan vətəndaş ilk növbədə Bəxtiyar Əliyevi günahkar çıxardaraq, ondna şikayətçi olacaq. Bu isə Milli Məclisin Elm və Təhsil Komisiyasının sədr müavini üçün arzuolunmaz bir haldır.
«Onsuzda Bəxtiyar Əliyevin kifayət qədər rəqibi və onun üstündən hər an xətt çəkmək üçün vürsət gözləyən düşmənləri var» deyə mənbə bildirir.
Bəxtiyar Əliyev son illər nədənsə seçiciləri ilə görüşlərə getmir. Millət vəkili sadəcə Ağdam icra hakimiyyətində keçirilən bəzi tədbirlərdən başq ademək olar ki, ictimaiyyət arasında görünmür. Məhz buna görədə rəqibləri artıq Bəxtiyar Əliyevin millət vəkili olmayacağı informasiyasını dövrüiyəyə buraxıblar. Ancaq AzMedi.info-ya millət vəkilinin yaxın çevrəsindən daxil olan məlumata görə Bəxtiyar Əliyev parlamentdəki kürsüsünü saxlamaqdan ötrü artıq hərəkətə keçib və növbəti parlament seçkilərindədə hakim partiyanın 118 saylı Ağdam şəhər seçki dairəsindən vahid namizədi olacaq. Bununla belə rəqiblərinin Bəxtiyar Əliyev üçün bəzi surpirizlərhazırladığı iddia edilir. Həmin surpiriz isə millət vəkilinin Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Füzuli və bir çox rayon sakinlərinə verdiyi saxta diplomlardır. Millət vəkilinin saxta diplomla təmin etdiyi şəxslər adını çəkdiyimiz rayonlarda dövlət qurumlarında yüksək vəzifə sahibləridir.
Mənbə iddia edir ki, “əgər rəqibləri Bəxtiyar Əliyevin saxta diplom verdiyi bir çox məmurları gündəmə gətirsələr o zaman millət vəkilinin seçkilərdə vəziyyəti o qədərdə ürəkaçan olmayacaq”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.