Ziya Məmmədovdan böyük pulların hesabı sorulub

15-08-2015, 03:35   
Ziya Məmmədovdan böyük pulların hesabı sorulub

Nəqliyyat naziri Prezident Administrasiysında çətin suallarla üzləşib

Bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasına (PA) çağırılıb. Nəqliyyat Nazirliyindəki mənbələrdən sızan məlumata görə, Ziya Məmmədov administrasiyada iki məsələyə görə ciddi şəkildə danlanılıb. Bunlardan biri nazirin oğlu Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan-Amerika Alyansının yarıtmaz fəaliyyətidir.

Azərbaycan-Amerika Alyansı ABŞ-da Azərbaycan hakimiyyəti barədə müsbət imic formalaşdırmaq üçün mükəlləf olan təşkilatdır. Bəzi məlumatlara görə, təşkilata ayda təxminən 3 milyon dotasiya ayrılır. Lakin 2011-ci ildən fəaliyyətdə təşkilat indiyə qədər ciddi nəticələr əldə edə bilməyib. PA-da isə nəqliyyat nazirindən təşkilata ayrılan pulların hesabı sorulub.

Ikinci məsələ isə taksilərlə bağlı olub. Ziya Məmmədovun diqqətinə Bakıda fəaliyyət göstərən taksilərin cüzi hissəsinin qeydiyyata alındığı bildirilib və digər taksilərdən yığılan pulların hesabı sorulub.

Məlumata görə, Prezident Administrasiyasından qayıdan Ziya Məmmədov dərhal taksi sahəsinə cavabdeh olan işçiləri ilə iclas keçirib. Nazir onlardan qeydiyyatdan keçməyən taksilərin fəaliyyətinə qadağa qoyulmasını tələb edib. Məlumata görə, Bakının 14 yerində şəxsi taksilərin dayanmasını qadağan edən qərar da bundan verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.