Dələduzluqda itdiham olunan Bağır Mikayılov :( Mənim arxamda Süleyman Miklayılov dayanıb)

15-08-2015, 08:14   
Dələduzluqda itdiham olunan Bağır Mikayılov :( Mənim arxamda Süleyman Miklayılov dayanıb)

Bağır Mikayılovun aldadıb pul aldığı şəxslər qəbula girmək istədi, Süleyman Mikayılovun qardaşından şikayətçi olanları qovdurdu

Qaradağ rayon İcra Hakimiyyətində qalmaqal baş verib. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub.

Qalmaqala səbəb isə Qaradağın icra başçısı Süleyman Mikayılovla görüşmək üçün gəlmiş vətəndaşların onunla görüşə buraxılmaması olub. Daha doğrusu, həmin şəxslər icra başçısının qardaşı Bağır Mikayılovdan şikayətçi olduqlarını və Süleyman Mikayılovla görüşərək, problemi çözmək üçün gəldiklərini bildiriblər. Nəticədə, İcra Hakimiyyətinin işçiləri onları görüşə buraxmayıb. Və bu tapşırığın da Mikayılov tərəfindən verildiyi bildirilir.

JAM.AZ-a verilən məlumatda deyilir ki, Qaradağ sakinlərinin Bağır Mikayılovdan şikayətçi olmalarına səbəb onların pullarını alaraq, geri verməməsi ilə bağlıdır. İddia edilir ki, icra başçısının qardaşı ayrı-ayrı vətəndaşlara ev tikmələri üçün sərəncam verəcəyinə dair vəd verərək, onlardan müəyyən məbləğlərdə pul alıb. Sonradan isə vədini yerinə gətirməməklə yanaşı, həm də onların pullarını geri qaytarmaqdan imtina edib. Üstəlik, pul sahiblərini təhdid etməkdən də çəkinməyib.

Xatırladaq ki, Bağır Mikayılovla bağlı məlumatlar hələ bir müddət əvvəl ortaya çıxmışdı. Qaradağın icra başçısının qardaşından şikayətçi olan Bakı şəhər sakini Ramin Aslanov bildirmişdi ki, o da Mikayılovun dələduzluğunun qurbanı olub.

Onun sözlərinə görə, 2014-cü ildə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi alıb. Həmin ərazidə ev inşa etmək üçün Qaradağ rayon İcra Hakimiyyətindən sərəncam almaq qərarına gəlib. Amma, bu sərəncam ona baha başa gəlib.

Belə ki, həmin sərəncamı almaq üçün aldadılıb. Ramin Aslanovun bildirdiyinə görə, o, bu barədə tanışı, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılovla danışıb. Bağır Mikayılov ona bu işdə kömək edəcəyinə söz verib və bildirib ki, bunun üçün 10 min manat lazımdı. Ramin Aslanov onunla razılaşıb və bu pulu ona hissə-hissə ödəyəcəyini deyib.

Şikayətçi deyib ki, Bağır Mikayılov bu adla ondan 2 min 200 manat alıb. Pulu isə ondan ayrı-ayrı ərazidə alıb: “Bağır mənə dedi ki, həmin pulun bir hissəsini ödə, sənə sərəncam alım. Mən də razılaşdım. 2014-cü ilin may ayında Lökbatanda ona 200 manat verdim. Bir neçə gün sonra Bağır mənə zəng vurub yenidən pul istədi. Daha 600 manat Bakının Səbael rayonu ərazisində, “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb ona verdim. Səhəri gün Nərimanov rayonu ərazisində Bağırla yenidən görüşdük və ona 400 manat da verdim. Bir həftə sonra isə Bağır mənə zəng vurub dedi ki, guya 1000 manat da verməliyəm ki, sərəncam verilsin. Bu pulu da tapıb verdim və mənə bildirdi ki, yaxın günlərdə sərəncam hazır olacaq. Ümumilikdə Bağır Mikayılova 2 min 200 manat vermişəm. Amma, ondan sonra nə sərəncam verildi, nə də Bağır Mikayılov pulu qaytardı. Hər dəfə zəng vuranda məni bir bəhanə ilə yola verdi”.

Şikayətçinin iddiasına görə pul atan şəxs sonuncu söhbətində Ramin Aslanovu söyüb təhqir edib və pulu qaytarmayacağını bidirib: “Sonuncu dəfə onunla danışanda dedi ki, kimə istəyirsən de, sənə pul zad qaytarmayacam. Mənim arxamda Süleyman Miklayılov dayanıb, hara şikayət etsən xeyri yoxdur”.

Hazırda Ramin Aslanov nə evini tikə bilir, nə də pulunu ala bilir.

Maraqlı məqamlardan biri də odur ki, qardaşının hərəkətlərindən icra başçısı Süleyman Mikayılovun da xəbəri var. Amma bu məsələdən xəbərdar olduğu halda, heç bir tədbir görməyir. Əksinə, qardaşından şikayətçi olanları qəbul etməməklə yanaşı, İcra Hakimiyyətinin binasından da qovudurur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.