Vətəndaşlarının sosial durumu kritik həddədir

18-08-2015, 07:31   
Vətəndaşlarının sosial durumu kritik həddədir
Pul gəlirlərinin azalmasına rəğmən, daxili bazarda qiymətlər artır

Dünya ölkələrində baş verən iqtisadi kataklizmlər, inflyasiya və böhran Azərbaycana birbaşa təsir edir. Baş verən iqtisadi olayların bizdən yan keçəcəyini iddia edən hakimiyyət rəsmilərinin söylədiklərinin əksinə, belə hadisələr əhalinin yaşam tərzində, sosial-iqtisadi həyatında aydın formada təzahür edir.

Eləcədə də yaxın qonşumuz olan Rusiyada və ölkəmizin iqtisadi tərəfdaşları olan ölkələrdə yaranmış vəziyyət Azərbaycana daxil olan pul baratlarının azalmasına səbəb olub. Mərkəzi Bankın məlumatına görə, ilkin rəqəmlərə əsasən 6 ayda ölkəyə daxil olan pul baratları 511 mln. ABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 288 milyon dollar və ya 36 faiz azdır.

Xatırladaq ki, Azərbaycana 2013-cü ilin birinci yarısında 693 milyon dollar, 2014-cü ilin birinci yarısında isə 799 milyon dollar pul baratları daxil olub. Əhalinin əksər hissəsinin dolanışıq xərcləri xaricdən gələn pul kütləsinə bağlı olduğundan gəlirlərin azalması onların gündəlik sosial-iqtisadi həyatına zərbədir desək, yanılmarıq. Görəsən, ölkəyə gələn pul gəlirlərinin 36 faiz azalması iqtisadi həyatda hansı nəticə yarada bilər?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, büdcə təşkilatlarında çalışanlar, büdcədən maliyyələşən şəxslər üçün ölkəyə pul gəlirlərinin azalması bir o qədər də təsir etmir. Yəni büdcədəki sosial xərclər müdafiə olunan xərclərdir və buna görə də bu məsələ onlara ciddi problem yaratmır:

“Lakin kənardan gələn pul gəlirləriylə yaşayanlar üçün ciddi çətinlik yaşana bilər. Çünki pul gəlirlərinin azalmasıyla eyni müstəvidə daxili bazarda qiymətlər artır və bu da əhalinin gündəlik həyat tərzində özünü göstərir. Rəsmi statistikaya görə əhalinin pul gəlirləri artır. Amma bu məlumatın nə dərəcədə doğru olduğu böyük sual altındadır. Yəni təqdim edilənlərlə real gerçəklik fərqli bir durumu diqtə edir. Əhalinin hazırkı sosial-iqtisadi vəziyyətiylə göstərilən rəsmi rəqəmlər tamam başqa-başqa nüanslardan xəbər verir. Pul gəlirlərinin azalması elə insanların yaşamaq qabiliyyətinin azalmasında təzahür edir”.

Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.