Rasim Əliyevin atası : ''Mən onlara jurnalist deməzdim''

18-08-2015, 21:58   

Valideyn jurnalistin ölümündə zərərçəkmiş kimi tanınıb və prokurorluğa çağırılıb

"Mənim bu məsələyə münasibətim çox pisdir. Onlara jurnalist deməzdim”. Bu sözləri mərhum jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev bir qrup jurnalistin Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı prezidentə müraciətinə münasibət bildirərkən deyib.

Jurnalistin ölüm işi ilə bağlı valideyn bildirib ki, avqustun 12-də zərərçəkmiş qismində prokurorluğa çağırılıb və izahatı alınıb.

Jurnalist Rasim Əliyev 8 avqustda “Bayıl market”in qarşısında döyülüb. O, “Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynovun qohumlarının onu döydüyünü bildirib. Hadisəyə səbəb jurnalistin Facebook səhifəsində futbolçunu tənqid etməsi göstərilib. Bir gün sonra, avqustun 9-da Rasim Əliyev müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Cavid Hüseynova qarşı Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.