Stratfor: "Azərbaycan Rusiya və Qərb arasında yeni qarşıdurma mərkəzi ola bilər"

20-08-2015, 09:31   
Stratfor: "Azərbaycan Rusiya və Qərb arasında yeni qarşıdurma mərkəzi ola bilər"

Ukraynadakı münaqişə gərginləşdikcə Rusiya və Qərb arasında qarşıdurma da güclənir. Mübahisənin mərkəzi isə Ukraynadan Qafqaza – Gürcüstan, Ermənistan və Azərbaycana keçə bilər, ABŞ-ın Stratfor özəl kəşfiyyat-analitik şirkətinin ekspertləri belə hesab edir.

Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya 2008-ci ildə baş vermiş Gürcüstan-Osetiya hərbi münaqişəsindən sonra Ermənistanda öz hərbi iştirakını möhkəmləndirərək orada güclü iqtisadi və siyasi mövqelərə nail ola bilib, deyə, ekspertlər güman edirlər.

Bununla yanaşı, analitiklərin fikrinə görə, Ermənistan, Abxaziya və Cənubi Osetiyada hərbi iştirakı, həmçinin, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq Rusiyaya bölgədə əsas xarici qüvvə mövqeyinə malik olmağı təmin edir.

“Buna baxmayaraq Qərb Rusiyanın keçmiş sovet periferiyasına təsirinin genişlənməsinə yol vermək niyyətində deyil. ABŞ və Aİ Ukraynadakı üsyan zamanı qərbyönümlü hökumətin xeyrinə rusiyapərəst hakimiyyətinin devrilməsini dəstəklədi. Və Qərb dövlətləri açıq-aydın bildirdilər ki, onların dəstəyi tək Ukrayna ilə kifayətlənməyəcək. Qərb Mərkəzi və Şərqi Avropada hərbi bazalar yaratmağa başladı, həmçinin, bir neçə keçmiş sovet periferiyasında olan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başladı”, - deyə məqalədə bildrilir.

Ekspertlər məhz Qafqazın Rusiya və Qərb arasında yeni qarşıdurma nöqtəsi ola biləcəyini iddia edirlər.

Bu fikri avqustun sonunda Gürcüstanda NATO-nun təlim mərkəzinin gözlənilən açılışı da təsdiqləyir.

Ekspertlər, həmçinin iddia edirlər ki, Ukraynada böhran başladıqdan sonra nisbətən sakit keçən iyirmi illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi gərginləşməyə başlayıb.

Məqalə müəllifləri Rusiyanın bu məsələdə təmkinli diplomatik mövqe nümayiş etdirdiyini qeyd edirlər: “Moskva iki ölkəni dialoqa çağırır, lakin eyni zamanda, dayandırmaq elementi kimi, hər iki ölkəyə hərbi tədarükləri davam etdirir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.