Prezident Administrasiyasının rəhbəri büdcə təşkilatlarına ezamiyyətləri məhdudlaşdırmağı tapşırıb
Büdcə təşkilatlarında çalışanların ezamiyyətə getməsi üçün ayrılan vəsait də kəskin şəkildə azaldılıb. Bu barədə məlumatı “Reytinq” qəzeti yayıb. Məlumata görə, hətta bir çox nazirliklərdə ezamiyyətlərə qeyri-rəsmi qadağa qoyulub. Iddia edilir ki, son illər dölətin bəzi qurumlarında ezamiyyətlər üçün ayrılan vəsaitlər korrupsiya mənbəyinə çevrilibmiş. Xüsusilə daxili ezamiyyələrə saxta sənədlərlə mənimsənilib.
Məlumatda deyilir ki, hətta bir müddət əvvəl Türkiyənin Istanbul şəhərinə toya gedən vəzifəli şəxslərdən biri bu səfəri ezamiyyət kimi rəsmiləşdirərək həmin məclisdə büdcə vəsaiti hesabına iştirak edib. Məlumata görə, ezamiyyətlərə qadağa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gəlir. Məhz o, büdcə təşkilatlarına bu barədə ciddi xəbərdarlıq edərək, ezamiyyətləri məhdudlaşdırmağı tapşırıb. Məlumatda deyilir ki, Ramiz Mehdiyevin bu göstərişindən sonra büdcə təşkilatlarında ciddi narahatlıq yaranıb. Büdcə təşkitlatlarının rəhbərləri ehtiyat edirlər ki, bu qadağanın ardınca cəzalandırıla bilərlər.