Merkel, Olland və Poroşenko görüşdü

25-08-2015, 10:14   

Berlində Angela Merkel Fransa və Ukrayna prezidentləri Fransua Olland və Petr Poroşenko arasında görüş keçirilib. Görüşünün yekunlarına dair mətbuat konfransında Merkel bildirib ki, Minskdə əldə olunan razılaşmalar Ukraynada sülhün bünövrəsidir və onları şübhə altına qoymaq olmaz. Merkel eyni zamanda atəşkəs razılığına riayət olunmadığını da qeyd edib.

Almaniya kanslerinin sözlərinə görə, Ukrayna ilə bağlı Qərb və Rusiya arasında aradan qaldırılması mühüm olan fikir ayrılıqları mövcuddur. Poroşenko Minsk prosesinin Donbasda sülhə nail olmaq üçün universal alət olduğunu qeyd edib.
Fransua Olland isə problemin müzakirə olunması üçün yeni görüşlər keçirilməsinin vacibliyini vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.