Azərbaycanda devalvasiya qaçılmazdır

26-08-2015, 06:58   
Azərbaycanda devalvasiya qaçılmazdır

Yaponiyanın iri maliyyə holdinqindən ölkəmizlə bağlı bədbin proqnoz
Mərkəzi ofisi Yaponiyanın paytaxtı Tokioda yerləşən iri maliyyə holdinqi Nomura Holdings Azərbaycanın devalvasiyaya gedib-getməyəcəyi barədə proqnoz verib. “Marja” xəbər verir ki, Nomura Holdings keçmiş Sovet Ittifaqı ölkələrinin pullarının qiymətini aşağı salacaq növbəti ölkələr olacağını bəyan edib.
Nomura Holdings-in inkişaf etməkdə olan bazarlar üzrə strateqi Timoti Ash, keçmiş Sovet Ittifaqı ölkələrindən, xüsusilə, Ermənistan, Azərbaycan və Gürcüstanın təzyiqlərə dözə bilməyəcək ölkələr arasında olduğunu deyib. Ash, bu ölkələrin 100 milyard dollar valyuta ehtiyatı olan Qazaxıstandan daha az “cəbhəxanası” olduğuna diqqət çəkir.
20-25 faiz devalvasiya gözlənilir
Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev də AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamalar verib. Samir Əliyev bildirib ki, hazırda fevral ayında baş verən devalvasiyadan əvvəlki proseslər sanki təkrarlanır. “Onda da neftin qiyməti ucuzlaşırdı, qonşu ölkələrin valyutaları düşürdü. Sonra da panika yarandı. Indi də həmin proses gedir. Ona görə də insanlar dollar almaq üçün hücuma keçir”,- deyə ekspet bildirib. Samir Əliyev daha sonra deyib ki, valyuta ehtiyatının azalması devalvasiyanı qaçılmaz edir: “Belə bir məlumat yayıldı ki, ötən həftənin 4-5-ci günləri Mərkəzi Bank 370 milyon dollar satıb. Şənbə-bazar günləri də bu proses gedib. Çoxlu dollar alışı valyuta ehtiyatını azaldır. Fevralda da deyirdilər ki, valyuta ehtiyatı bəs etməzdi, ona görə devalvasiyaya getdik. Indi də valyuta ehtiyatı azalır. Özü də indi valyuta ehtiyatı fevraldakı qədər deyil, daha azdır. 8.5 milyard valyuta ehtiyatı var. Ötən ilin sonu valyuta ehtiyatı 12 milyarda yaxın idi. Indi Mərkəzi Bankın manevr etmək imkanı daha məhduddur. Düşünmürəm ki, Mərkəzi Bank valyuta ehtiyatının daha çox azalmasına imkan verəcək. Ona görə müəyyən həddən sonra sərt addım ata bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.