Gürcüstandan keçməklə Azərbaycana gələn məşhur rusiyalı blogger Erik Davidoviçi və onun çəkiliş qrupunu Azərbaycanla sərhəddə ölkəyə buraxmayıblar.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədəki səhifəsində E.Davidoviç özü paylaşıb.
Məlumata görə, “Sınıq körpü” nəzarət-buraxılış məntəqəsində E.Davidoviçin maşınındakı yük yoxlanılarkən orada çəkiliş aparmaq üçün nəzərdə tutulan dron (pilotsuz uçan aparat) aşkarlanıb. Buna görə də bloggerin və onun çəkiliş qrupunun Azərbaycana daxil olmasına icazə verilməyib. Ona görə də blogger və onu müşayiət edən şəxslər geriyə Tiflisə qayıtmağa məcbur olublar.