Samux rayonunda bir nəfəri ilan sancıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Samux rayonunun Alabaşlı qəsəbə sakini, 14 yaşlı Ayxan İsgəndərovu ilan vurub və o, xəstəxanaya yerləşdirilib. Dərhal tibbi müdaxilə edilən A. İsgəndərovun vəziyyəti orta ağır qiymətləndirilir.
A. İsgəndərov yaşadığı evin bağında işləyərkən ilan onun əlindən sancıb.